Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya ABŞ-la əldə edilmiş sazişin mətnini ictimailəşdirdi
Tarix: 27-09-2016 | Saat: 22:00
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Rusiya ABŞ-la əldə edilmiş sazişin mətnini ictimailəşdirdi
Rusiya XİN-i rəsmi saytında ABŞ-la Suriyaya dair əldə olunmuş sazişin mətnini ictimailəşdirib və Vaşinqtondan ikitərəfli razılaşmaların tam mətnini dərc etməsini tələb edib.

APA-nın verdiyi xəbərə görə, XİN qeyd edib ki, Rusiya həmişə qarşı tərəfə əldə olunan hər bir sazişin ictimailəşdirilməsini təklif edib, lakin ABŞ hər dəfə buna qarşı çıxış edib.

“ABŞ tərəfinin sağlam düşüncəli müxalifətçiləri “Əl Q1aidə”nin qolu olan “Cəbhə ən-Nüsrə” qruplaşmasından ayrılmasına dair üzərinə götürdüyü öhdəliyi ictimaiyyət qarşısında təsdiqləməkdən, həmçinin Rusiya ilə birlikdə atəşi dayandırmayan terrorçulara zərbələr endirməkdən boyun qaçırması diqqət cəlb edən əsas məqamlardan biridir”, - deyə məlumatda bildirilir.

Rusiya XİN ABŞ-ın mötədil müxalifətin terrorçulardan ayrılmasına dair üzərinə götürdüyü öhdəlikləri icra edəcəyinə ümidvar olduğunu bildirib.

Məlumatda həmçinin qeyd olunur ki, Vaşinqtonun “mötədil” hesab etdiyi silahlılar Cəbhə ən-Nüsrənin tərkibində döyüşür.

“Bir daha təkrarlayırıq ki, terrorçulara əl tutma və onlara havadarlıq etmə heç vaxt xeyir gətirməyib”, - deyə XİN qeyd edib.

Qeyd edək ki, Rusiya və ABŞ arasında Suriyada atəşkəsin təmin olunması, həmçinin ABŞ və Rusiya hərbçiləri arasında əməliyyatların əlaqəkəndirilməsinə dair saziş sentyabrın 9-da əldə olunub.


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___