Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir Ağcabədiyə gedir - Qəbul
Tarix: 27-09-2016 | Saat: 21:31
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Nazir Ağcabədiyə gedir - Qəbul

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən sentyabrın 30-da Ağcabədi rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, qəbulda Ağcabədi, Beyləqan və İmişli rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Ağcabədi şəhəri Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində (ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 63) keçiriləcək.

Vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77, əlaqə telefonu: (02020) 5-16-53, (051) 958-5069), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin Ağcabədi şəhəri Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___