Rusiya bir neçə şəhəri eyni vaxtda yer üzündən silə biləcək
Tarix: 21-05-2015 | Saat: 21:05
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Rusiya Müdafiə Nazirliyi bir neçə şəhəri eyni vaxtda yer üzündən silə biləcək nəhəng nüvə mərmilərini yenidən nümayiş etdirib.
Xeberaz.az xəbər verir ki, görüntülərdə 2016-cı ildə Rusiyanın nüvə arsenalının onurğa sütununu təşkil edəcək milyard dollarlıq RT-2UTTKh Topol-M və çoxsaylı nüvə başlığı daşıya bilən RS-24 (Yars) qitələrarası ballistik raketlərin çaydan keçirilərək gəmilərə yüklənməsi əks olunub.
11 min kilometr mənzilli RS-24 raketi qatı yanacaqla işləyən iki pilləli qitələrarası ballistik mərmidir. Raketin qatı yanacaqla işləməsi daha tez sürət alıb raket əleyhinə müdafiə sistemlərindən daha asan keçməsinə şərait yaradır. Bu mərminin dağıdıcı gücü 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış ABŞ atom bombalarının dağıdıcı gücündən 40-50 dəfə böyükdür.
“Topol-M” Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən “Topol-M”, hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. “Topol-M” 45-47 ton ağırlığa malikdir, atom bombasından 52,5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21,5 metrdir. Diametri isə 1,86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir. Rusiyanın mobil “Topol-M” raket sistemlərinin strateji raket mərkəzi Moskvanın 240 km şimal-şərqində yerləşən Teykoşa şəhərində yerləşir.
Xəbəri paylaş
6278 dəfə oxunub.
Digər xəbərlər

10-06-2017, 00:20
Bakıdakı avtobusda çəkilənlər nəfəs kəsir - Video
13-02-2021, 15:09
TƏBİB vaksinasiya prosesi ilə bağlı MƏLUMAT YAYDI
29-06-2016, 18:26
Xoşqədəmin əkizlərinə qurban kəsdilər - FOTO
30-06-2015, 20:09
Putin Serj Sarkisyana nə məsləhət gördü?
28-08-2019, 10:39
Hökumətdən Aİ-92 və Aİ-95 benzinlə bağlı VACİB QƏRAR
29-08-2016, 12:00
Bakıda yanan gəminin adı HAMINI TƏƏCCÜBLƏNDİRDİ
30-04-2016, 14:58
Ronaldo ikinci dəfə ata olur - İddia
27-09-2018, 12:33
YEVLAXDA 82 YAŞLI KİŞİNİ AVTOMOBİL VURUB
11-07-2017, 12:49
Smartfon istifadəçilərinin NƏZƏRİNƏ: yeni virus yayıldı