Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Referendum: Saat 12:00-a olan nəticələr AÇIQLANDI
Tarix: 26-09-2016 | Saat: 12:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Referendum: Saat 12:00-a olan nəticələr AÇIQLANDI


Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumda saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

"Xəbəraz.az " xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, saat 12:00-a referendumda respublika üzrə seçicilərin 30,6 faizi - 1 613 879 seçici səs verib.

***
10:40
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 10:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb.

"Xəbəraz.az " xəbər verir ki, F.Orucov 5 min 627 seçki məntəqəsindən 5 min 591-nin hesabat verdiyini bildirib.

O deyib ki, saat 10:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 680 min 438 nəfər təşkil edir: “Saat 10:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığı 12,9 faiz təşkil edib”.

Saat 10:00-a olan məlumata görə, ölkə üzrə ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Hesabat saatınadək bu seçki dairəsi üzrə seçicilərin 19,6 faizi səsvermədə iştirak edib.

Bundan sonrakı yeri 18,1 faizlə 13 saylı Xəzər-Pirallahı seçki dairəsi tutur. Seçici fəallığının ən az qeydə alındığı seçki dairəsi 19 saylı Nərimanov birinci seçki dairəsidir ki, burada saat 10:00-dək səsvermə 6,9 faiz təşkil edib.


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___