Bakıda binada baş verən yanğınla bağlı 4 nəfər həbs edilib.
Tarix: 21-05-2015 | Saat: 20:02
Bölmə:M / Karusel / Siyasət / M2 / Araşdırma | çapa göndər
Prokurorluq məlumat yaydı.
Xeberaz.az-ın verdiyi məlumata görə, mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu sayda zərərçəkmişləri və 200-dən artıq şahidləri dindirilmiş, yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, eyni zamanda, müvafiq prosessual hərəkətlər yerinə yetirilir.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yanğının baş vermə səbəblərinin, eləcə də hadisənin baş verməsində təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Xəbəri paylaş
6588 dəfə oxunub.
Digər xəbərlər

22-05-2017, 17:53
Bakıda yaşayış binası yanır - Sakinlər evakuasiya olundu - YENİLƏNİB
1-02-2017, 21:01
Bakıya 2 gün qar yağdı, qiymətlər isə 3-4 dəfə qalxdı - Video
14-05-2017, 15:48
Nura və Validə Bodrumda görüşdülər, "bikini"də fotolar paylaşdırlar
11-02-2022, 12:23
"Həyatdakı tək gücüm, sərvətimsən" - Vüsalə+Fotolar
5-06-2023, 14:55
Səhərlər acqarına qoz suyu için - TƏSİRİ İNANILMAZ
22-06-2016, 13:27
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının tətbiqi: “Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişaf proqramı”
10-08-2016, 20:58
Prezident İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib
2-03-2018, 11:08
Kəmaləddin Heydərov, Ramil Usubov və Rüstəm Usubov yanğın baş verən əraziyə gediblər
27-12-2016, 18:38
Spirtli içkidən 32 nəfər öldü - Bu dəfə Pakistanda
19-09-2015, 12:35
Bakıda 19 yaşlı qızı 17 gün zorladılar