Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov monqolustanlı həmkarı ilə görüşüb
Tarix: 21-09-2016 | Saat: 10:29
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Elmar Məmmədyarov monqolustanlı həmkarı ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci Sessiyası çərçivəsində monqolustanlı həmkarı Tsend Munk Orgil ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Monqolustan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə monqolustanlı həmkarına məlumat verib. Avropa və Asiya qitələrinin nəqliyyat dəhlizlərinin birləşdirilməsində ölkəmizin əhəmiyyəti və oynadığı rolu qeyd edən nazir Avrasiya məkanında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əməkdaşlığın xüsusilə açıq dənizə çıxışı olmayan ölkələr üçün faydalı olacağını diqqətə çatdırıb.

Nazir Tsend Munk Orgil Monqolustanın Azərbaycan ilə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə həmçinin tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıblar.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___