Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dərbənd azərbaycanlıları ümumxalq referendumunda fəal iştirak edəcəklər
Tarix: 18-09-2016 | Saat: 19:26
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Dərbənd azərbaycanlıları  ümumxalq referendumunda fəal iştirak edəcəklər

Dərbəndli azərbaycanlılari milli maraqlarımızın müdafiəçiləri kimi ümumxalq referendumunda iştirak edəcək və səs verəcəklər

Sentyabrın 17-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyi Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsində ictimai birliyin üzvlərinin fəal iştrak edəcəyi barəsində iclas keçirib.
"Xəbəraz.az " xəbər verir ki,tədbir “Dərbənd” Xeyriyyə İctimai Birliyi üzvlərinin təbrik edilməsi ilə başlayıb. Məlumat verilib ki, “Dərbənd” xeyriyyə cəmiyyəti 2016-cı il 21 iyul tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Dərbənd” xeyriyyə ictimai birliyi yeni adı ilə qeydiyyata alınmışdir və birliyin Nizamnaməsi 3-cü redaksiyada təsdiq edilmişdir. Qeyd olunub ki, birliyin üzvlərinin fəaliyyəti nəticəsində Azərbaycan və Dağıstan Respublikasında yaşayan həmvətənlərimiz arasında əlaqələr daha möhkəmlənəcək və bu işdə ictimai birliyin üzvlərinə uğurlar azru edilib.
Sonra “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktoru Nurulla Əliyev tədbirdə geniş məruzə ilə çıxış edib. Nurulla Əliyev bildirib ki, sentyabrın 3-dən Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə əlaqədar referendumqabağı təşviqat başlamışdır.
N.Əliyev çıxışında qeyd edib ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.
Məruzəçi çıxışında onu da vurğulayıb ki, sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar bu proses artıq sentyabrın 3-də başlanmış və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına iki dəfə dəyişiklik edilib. Bu, 2002 və 2003-cü illərdə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə üçüncü dəyişikliyin edilməsi üçün Referendum Aktı layihəsi təqdim olundu. Qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir.
Dərbəndli azərbaycanlılari milli maraqlarımızın müdafiəçiləri kimi ümumxalq referendumunda iştirak edəcək və səs verəcəklər

Sentyabrın 17-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyi Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsində ictimai birliyin üzvlərinin fəal iştrak edəcəyi barəsində iclas keçirib.
Tədbir “Dərbənd” Xeyriyyə İctimai Birliyi üzvlərinin təbrik edilməsi ilə başlayıb. Məlumat verilib ki, “Dərbənd” xeyriyyə cəmiyyəti 2016-cı il 21 iyul tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Dərbənd” xeyriyyə ictimai birliyi yeni adı ilə qeydiyyata alınmışdir və birliyin Nizamnaməsi 3-cü redaksiyada təsdiq edilmişdir. Qeyd olunub ki, birliyin üzvlərinin fəaliyyəti nəticəsində Azərbaycan və Dağıstan Respublikasında yaşayan həmvətənlərimiz arasında əlaqələr daha möhkəmlənəcək və bu işdə ictimai birliyin üzvlərinə uğurlar azru edilib.
Sonra “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktoru Nurulla Əliyev tədbirdə geniş məruzə ilə çıxış edib. Nurulla Əliyev bildirib ki, sentyabrın 3-dən Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi ilə əlaqədar referendumqabağı təşviqat başlamışdır.
N.Əliyev çıxışında qeyd edib ki, Seçki Məcəlləsinə əsasən referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılır.
Məruzəçi çıxışında onu da vurğulayıb ki, sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar bu proses artıq sentyabrın 3-də başlanmış və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına iki dəfə dəyişiklik edilib. Bu, 2002 və 2003-cü illərdə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə üçüncü dəyişikliyin edilməsi üçün Referendum Aktı layihəsi təqdim olundu. Qonşu dövlətlərdə də mövcud reallıqlardan çıxış edərək konstitusiyada dəyişikliklər ediblər. Əslində, cəmiyyətdən gələn sosial sifarişlər bunu zəruri edir.

Dərbənd azərbaycanlıları  ümumxalq referendumunda fəal iştirak edəcəklər


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___