Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramil Usubov qəhrəman polisə baş çəkdi-Şahin Qocayevə mükafat veriləcək.
Tarix: 21-05-2015 | Saat: 14:04
Bölmə:M / Karusel / Siyasət / M2 / Ekskluziv | çapa göndər

Ramil Usubov qəhrəman polisə baş çəkdi-Şahin Qocayevə mükafat veriləcək.

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.

Xeberaz.az
-ın məlumatına görə, nazir xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, həyatını riskə atmaqdan çəkinməyərək 4 nəfəri xilas edən Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalaraq sıralarımıza qayıtmasını arzulayıb.

Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.

Polis serjantı Şahin Qocayev xəstəxana palatasında gözlərini açdığı andan dövlətin qayğısını hiss etdiyini deyərək, bu ali diqqətə görə ölkə prezidentinə minnətdarlığını bildirib.


Xəbəri paylaş

9548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___