Azərbaycanlı biznesmenlərə görə - Qaralovdan ukraynalı həmkarına müraciət
Tarix: 16-09-2016 | Saat: 11:57
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərlə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət ünvanlayıb.
Baş Prokururluqdan verilən məlumata görə, müraciətdə son dövrlər Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlər qəti şəkildə pislənib.
Müraciətdə azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənib.
Ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.
Xəbəri paylaş
5438 dəfə oxunub.
Digər xəbərlər

16-05-2021, 13:24
Azərbaycanda övladını özünə bənzətməyən atadan DƏHŞƏTLİ ƏMƏL – Gecə saat 5-də... - VİDEO
16-10-2016, 11:05
“Uşağı doğdum ki, oğlan mənimlə evlənsin” — Bakıda körpələri küçəyə atan kimlərdir?
24-10-2022, 09:48
Faiqin adını eşidən Brilliant ƏSƏBLƏŞDİ: "O, çıxdığı verilişlərə heç vaxt çıxmıram" - VİDEO
24-03-2017, 22:02
Almaniya millisi Bakıya gəlir - Foto
19-10-2016, 16:26
“Azərsu” ASC-də qalmaqallar son həddə çatıb
4-08-2021, 23:07
50 yaşlı kişidən İYRƏNC ƏMƏL: Ruhi xəstə qadını döyərək zorladı
22-02-2018, 14:45
Fəttah Heydərov “İstiqlal” ordeni ilə təltif edilib
24-11-2016, 11:01
Süddə 2 baş sarımsaq bişirin və ... Məşhur RESEPT
28-06-2015, 13:23
Gey paradda atışma