Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şimali Koreya diktatoru belə məhv ediləcək - Plan
Tarix: 11-09-2016 | Saat: 15:15
Bölmə:M / Karusel / Siyasət / Araşdırma | çapa göndər

Şimali Koreya diktatoru belə məhv ediləcək - Plan

Cənubi Koreya Şimali Koreya lideri Kim Çen İn və ölkənin hərbi rəhbərliyinə qarşı hücum konsepsiyası işləyib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə “Yenxap” agentliyi Seuldakı hərbi mənbəsinə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, planda Şimali Koreya paytaxtının intensiv bombardman nəticəsində məhv edilməsi nəzərdə tutulur.

“Növbəti dəfə də nüvə bombası nümayiş etdirəcəyi təqdirdə Pxenyanın hər bir rayonu, xüsusilə Şimali Koreya rəhbərliyinin gizləndiyi ərazilər ballistik raketlər və qəlpəli-fuqas mərmilərlə darmadağın ediləcək. Bir sözlə, Şimali Koreyanın paytaxtı külə dönəcək və xəritədən silinəcək”, - mənbə bildirib.

Mənbənin sözlərinə görə, hücum zamanı “Hyunmoo 2AS”, “2BS” və “Hyunmoo 3S” ballistik raketlərindən istifadə olunacaq. Həmin raketlər müvafiq olaraq 300, 500 və 1000 kilometr uzaqlıqda olan hədəfləri vura bilir.

Dövlət Departamentinin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sun Kim Yaponiya Xarici İşlər Nazirliyi ilə apardığı məsləhətləşmələrdən sonra Vaşinqton və Tokionun da Şimali Koreyaya qarşı hər hansı bir addım ata biləcəklərini deyib.


Xəbəri paylaş

1 1348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___