Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Tarix: 11-09-2016 | Saat: 10:31
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib


Sentyabrın 9-da Şirvan Regional QHT Resurs və Təlim Mərkəzində region vətəndaş cəmiyyəti nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda təlim keçirilib


Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində baş tutub. Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.




Təlimə Şirvan şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 13 QHT rəhbəri və nümayəndəsi qatılıb.



Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim zamanı bir-neçə region QHT-si üçün subdomenli saytlar yaradılıb.



Təlimi uğurla başa vuran QHT nümayəndələrinə sertifikatlar, gənc fəallara isə təşkilat adından təşəkkürnamələr təqdim olunub.



Xatırladaq ki, www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Şəbəkədə 400-dən artıq QHT haqqında informasiya toplanıb və həmin QHT-lərin subdomenli saytları fəaliyyət göstərir. Eyni zamanda şəbəkə gündəlik olaraq QHT-lərin fəaliyyəti haqqında xəbərlər yayımlayır. Layihə çərçivəsində elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı ilə bağlı Bakı şəhərində təlimlər keçirilib


Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib
Şirvan şəhərində QHT nümayəndələri üçün təlim keçirilib


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___