İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Tarix: 09-09-2016 | Saat: 22:28
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
"Xəbəraz.az "-ın xəbərinə görə Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.
Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Eyni zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.
Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Əziz bacı və qardaşlarım!
Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!”
Xəbəri paylaş
5898 dəfə oxunub.
Digər xəbərlər

1-06-2016, 22:06
Qayıqlarımızı batırdılar - Ərdoğan
17-04-2022, 10:48
Ürəyi sağlam edir, qocalmanı ləngidir... - MÖCÜZƏVİ YAĞ
29-04-2016, 11:10
Yol polisi reydlərə başladı
9-09-2021, 13:13
Yasamalda bu nə vurhavurdu, cənab başçı?.. - Elşad müəllim də "HAQQIN YOLU"NU TAPIB...
15-10-2020, 14:37
Ermənistan hökumətinə açıq şəkildə mesaj ünvanlamışam ki..." - Prezident
11-04-2017, 22:26
Sosial mənzilin alınması üçün AYLIQ ÖDƏNİŞ AÇIQLANDI
21-05-2015, 20:29
Yeniyetmələrin Azərbaycan çempionatında son gün - HEYƏT
6-01-2017, 12:31
İranda zəlzələ - 5 nəfər öldü