Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Taleh Bağırzadənin məhkəməsi davam etdirilib
Tarix: 07-09-2016 | Saat: 20:21
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

Taleh Bağırzadənin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər şahid Şahlar Cəfərovun iclasa çağırılaraq yenidən dindirilməsini istəyiblər. Onlar şahidin dindirilməsinin ötən proses yarımçıq qaldığını deyiblər. Hakim bildirib ki, günün ikinci yarısında Şahlar Cəfərov yenidən məhkəməyə dəvət ediləcək.

Daha sonra iclasda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Üzeyir Salahov ifadə verib. O bildirib ki, Taleh Bağırovla bağlı idarəyə daxil olmuş məlumat əsasında Nardaranda əməliyyat keçiriblər. Şahidin sözlərinə görə, əməliyyat zamanı evdən onlara atəş açılıb.

Atışma zamanı Fərayil Bünyatovu zərərsizləşdirib: "Onun gülləsi bitmişdi. Mən onu tərksilah edəndə gördüm ki, yaralanıb. Biz ona ilkin tibbi yardım göstərdik və xəstəxanaya göndərdik".

Zərər çəkmiş şəxs qismində tanınmış tanınan əməliyyat müvəkkili Ü. Salahov ibtidai istintaq zamanı is' ifadəsində göstərib ki, Baş İdarəyə Nardaran qəsəbəsində yaşayan, «Müsəlman Birliyi Hərəkatının» sədri, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq «Müsəlman Birliyi Hərəkatı»nın rəhbəri kimi din pərdəsi altında fəaliyyət göstərən, qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaratması və bu məqsədlə odlu silahlar, döyüş sursatları, habelə partlayıcı maddələr əldə etməsi və saxlaması barədə məlumat daxil olub. Bundan sonra əməliyyat qrupu yaradılıb və həmin evdə əməliyyat keçirilib. O, əməkdaşlarla birgə həyətə daxil olan zaman həyətdə və həyətdəki evdə olan şəxslərin polis əməkdaşlarının həyətə daxil olmasından xəbər tutaraq əməliyyat qrupu üzvlərinə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polislər olan tərəfə əl qumbarası atıblar. Eyni zamanda avtomat və tapançalardan qrup üzvlərini atəşə tutulub. Bu zaman polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev öndə olduqlarından partlayan qumbaranın qəlpələri və açılmış atəşlər ilə yaralanıblar. Həyətə daxil olarkən görüb ki, həyətdə, sağ tərəfdə və sol tərəfdə yerləşən evdə əllərində qumbara, bıçaq, xəncər, nunçaqi, odlu silahlar və s. olan şəxslər var. Əməliyyat zamanı o, polislərə tapançadan bir neçə dəfə atəş açan şəxsi zərərsizləşdirərək tapançanı əlindən alıb. Həmin şəxsin kimliyi müəyyənləşdirilən zaman onun Fərayıl Bünyatov olması məlum olub. Baxış zamanı F. Bünyatovun silahlı müqavimət göstərərkən döş qəfəsi və qarın nahiyələrində xəsarətlərin olması aşkar edilib. 26 noyabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hər-hansı bir xəsarət almayıb.
Prokurorun suallarını cavablandıran şahid bildirib ki, Taleh Bağırovun olduğu evin həyətində barrikada qurulduğunu, kimlərinsə orda gizləndiyini görüb, onlara atəş açıldığını deyib.

Ü. Salahov da atəş gələn tərəfə atəş açdığını vurğulayıb.

Bildirib ki, oraya kimisə öldürmək məqsədi ilə getməyiblər.

Daha sonra ondan zərər çəkib-çəkməməsini soruşublar. Şahid mənəvi zərər çəkdiyini deyib.

Təqsirləndirilən şəxslər isə F. Bünyatovun maşında polislər tərəfindən döyülərək öldürüldüyünü iddia ediblər.

Daha sonra BMCMİ-nin əməkdaşı Şahlar Cəfərov prosesdə sualları cavablandırıb.

Təqsirləndirilən şəxslərdən Zakir Mustafayev və Aqil İsmayılov Ş. Cəfərov tərəfindən işgəncəyə məruz qaldıqlarını deyiblər. Cabbar Cabbarov isə bildirib ki, Ş. Cəfərov onlara söyüb. Şahid təqsirləndirilən şəxslərin dediklərini təsdiq etməyib.

Vəkil Yalçın İmanov şahiddən ona qarşı aqressiyanın səbəbini soruşub. Şahid bunun səbəbini bilmədiyini deyib.

Şahidin dindirilməsi başa çatdıqdan sonra təqsirləndirilən şəxslərdən bir neçəsi ayaqqabılarını çıxararaq şahidə atıblar. Məhkəmə nəzarətçiləri onların qarşısını alıb.

Hakim nəzarətçilərdən həmin hərəkətin aktlaşdırılmasını tələb edib.

Proses sentyabrın 8-də davam edəcək.


Xəbəri paylaş

8508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___