Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Əleyhqazımı ona verdim...”
Tarix: 20-05-2015 | Saat: 00:49
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər

“Əleyhqazımı ona verdim...”

Bu gün Bakı şəhəri, Azadlıq prospekti 200/36 ünvandakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xilasedicilərdən də yaralanan olub.


Xeberaz.az xəbər verir ki, həmin şəxs Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğludur. O, binadakı sakinlərdən birini xilas edən zaman yaralanıb. Bu barədə Xətainin özü məlumat verib:

“14-cü mərtəbədən Bilal adlı, orta yaşlı bir şəxsi xilas etdim. Əynimdəki döyüş paltarını, əleyhqazı ona verdiyim üçün özüm zəhərləndim, qolum kəsildi. Amma xilas edə bildim. Öz işimlə, peşəmlə fəxr edirəm. Hələ ki, bununla özümə təsəlli verirəm. İndi yaxşıyam, narahat olmayın”.

Xilasedicinin atası Akif Şahverdiyev Xətainin artıq evə buraxıldığını qeyd edib:

“Tibbi müdaxilədən sonra səhhətinin o qədər də ağır olmadığı bildirilib, evə buraxılıb. Tanışların nəzərinə çatdırıram ki, sağ- salamatdır, səhhəti üçün heç bir təhlükə yoxdur.

Əzizlərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm!”


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___