Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Tarix: 03-09-2016 | Saat: 14:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Prezident Masallıdadır - bir neçə obyekt açıldı

Prezident İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində “ASAN həyat” kompleksinin açılışında iştirak edib. "Xəbəraz.az " AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

Kompleksdəki “ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.



Bundan başqa prezidenti İlham Əliyev bu gün Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezidentə məlumat verilib ki, Bayaq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.

Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.

Prezident İlham Əliyev həmçinin Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında da iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb. Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.
Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.
Masallıya səfəri çərçivəsində prezident Tarix-Diyarşünaslıq Muzeyinin və uşaq-incəsənət məktəbinin açılışında da iştirak edib.

Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Prezident Masallıdadır - bir neçə obyekt açıldı
Prezident Masallıdadır - bir neçə obyekt açıldı


Xəbəri paylaş

5138 dəfə oxunub.

Digər xəbərlər
7-06-2016, 18:36 ARDNF 1.8 milyard qazandı

bütün xəbərlər
____ Instagram ___