Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident Şahmat Olimpiadasını açıq elan etdi - YENİLƏNİB
Tarix: 02-09-2016 | Saat: 10:28
Bölmə:M / Karusel / İdman / Təbriklər | çapa göndər

Prezident Şahmat Olimpiadasını açıq elan etdi - YENİLƏNİB
Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Dünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edib.

Sonra FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.

Sonra püşkatma keçirilib. Olimpiadanın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirakçıların siyahısında sıra nömrələri cüt olan yığma komandalar sırasında oyunun hansı fiqurla başlanacağını müəyyən edib.

Mərasim Azərbaycan estradasının beş populyar nümayəndəsinin improvizə edilmiş caz, rok və muğam sintezinin ifası ilə başa çatıb.

Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib.

Mötəbər yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.

İlk tura sentyabrın 2-də start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.

**** 19.37

Bakıda, Milli Gimnastika Arenasında 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilir.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Ümumdünya Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyümjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Əvvəlcə Azərbaycan Respublikasının və Ümumdünya Şahmat Federasiyasının himnləri səslənib. Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı ilə bağlı videoçarx nümayiş etdirilib.

Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib. Olimpiadanın keçirildiyi günlərdə Bakı həm də FİDE-nin növbəti konqresinə ev sahibliyi edəcək. Həmin konqresdə 183 ölkə təmsil olunacaq.

Mötəbər yarışın idarə olunmasında Azərbaycandan 30 hakim iştirak edəcək.

İlk tura sentyabrın 2-də saat 15:00-da start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.
Prezident Şahmat Olimpiadasını açıq elan etdi - YENİLƏNİB
Prezident Şahmat Olimpiadasını açıq elan etdi - YENİLƏNİB


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___