Rayon maşınlarının Bakıya daxil olmaması üçün
Tarix: 18-05-2015 | Saat: 12:24
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər
Prosesə yol polisi nəzarət edəcək.
İyunun 1-dən rayon dövlət nömrəli avtomobillərin Bakı şəhərinə girişi qadağan ediləcək.
Xeberaz.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə məlumat verib.
Yeni qərara görə, rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb. Dayanacaqlar paytaxtın qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə “Xırdalan dairəsi” ərazisində yaradılacaq. Həmin dayanacaqlarda rayondan gələn avtomobillər saxlanılacaq.
Rayondan gələn vətəndaş maşınını həmin dayanacaqda saxlayacaq və Bakıya gələcək. Həmin prosesə yol polisi nəzarət edəcək.
Yol polisindən isə bildirdilər ki, vətəndaşların rahatlığını təmin etmək üçün hər şey yaradılacaq. Yəni həmin dayanacaq yaxınlığında xüsusi nəqliyyat olacaq ki, paytaxta gələn vətəndaşlar əziyyət çəkməsinlər. Dayanacaqda sərfəli qiymətə yük daşımaq üçün maşınlar və taksilər rayon camaatına xidmət göstərəcək.
Nəzərə alsaq ki, yay mövsümündə rayonlardan Bakıya meyvə-tərəvəz yük maşınları ilə gətiriləcək, bu zaman nəqliyyat problemi yarana bilər. Bu problemin qarşısını almaq üçün yol polisi xüsusi nəzarət həyata keçirəcək. Paytaxta meyvə-tərəvəz, qida məhsulları gətirən avtomobillər yalnız gecə saatlarında hərəkət edə bilərlər.
Gecə saatlarında, saat 22-dən səhər saat 5-ə qədər qida, dərman və təcili gətirilməsi lazım olan məhsulları daşıyan yük maşınları Bakıda hərəkət edə biləcəklər. Həmin saatlarda gətirilən məhsullar bazarlara, dükanlar və apteklərə daşınacaq.
Xəbəri paylaş
5968 dəfə oxunub.
Digər xəbərlər

13-09-2017, 11:16
Evlilik verlişinə qatılan azərbaycanlı qız fahişə çıxdı - FOTO
13-10-2016, 15:24
Bakıda ağır qəza: "KamAZ" aşdı - VİDEO
6-04-2019, 17:05
Rüstəm Orucov Antalya Qran-prisinin finalına yüksəldi
24-02-2016, 12:36
6 mindən çox Azərbaycan vətəndaşı əsir və girov götürülüb - İşçi Qrupu
13-11-2023, 10:16
Azərbaycanda sərxoş ata maşını aşırdı, azyaşlı oğlu öldü
13-05-2017, 10:43
“Veysəloğlu”nun ölən işçiləri kimlərdir? - Şirkətdən açıqlama
26-11-2020, 13:53
Meyxanaçı Samirə oğlunun müalicəsinə görə evini satır
18-01-2016, 11:19
Kreditə görə intihar edənlərin borcunu kim ödəyəcək?
26-09-2016, 10:09
Xaricdən gələn həkimlər daha savadlıdırlar?
27-12-2021, 11:21
Məşhur müğənni fanatının kredit borcunu bağlayacaq