Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milli Şura Bakıda mitinq keçirib
Tarix: 15-03-2015 | Saat: 18:11
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Milli Şura Bakıda mitinq keçirib
Aksiyada ictimai asayişin pozulması hallarına yol verilməyib.

Martın 15-də Yasamal rayonu ərazisindəki keçmiş “Məhsul” stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Xeberaz.az-ın APA-ya istinadən məlumatına görə, qiymət artımına etiraz olaraq keçirilən aksiyada Milli Şuraya daxil olan qurumlarla yanaşı, digər müxalifyönlü təşkilatların təmsilçiləri iştirak ediblər.

Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Milli Şuranın üzvü Rövşən Əhmədli, AXCP sədrinin müavinləri Əbülfəz Qurbanlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və digərləri çıxış ediblər.

Sonda mitinqin qətnaməsi oxunub, növbəti mitinqin tarixi də açıqlanıb.

Növbəti aksiya aprelin 5-nə təyin edilib.

Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Qeyd edək ki, Müsavat Partiyası və digər partiyaların rəhbərləri aksiyaya qatılmayıblar.


Xəbəri paylaş

8508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___