Bakıda mənzil bazarında bir kvadrat metrin qiyməti aşağı düşdü
Tarix: 17-05-2015 | Saat: 18:23
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bakıda ilkin mənzil bazarında bir kvadrat metrin orta qiyməti aprel ayında 1 066 dollar (1 117 manat) təşkil edib ki, bu da mart ayının analoji göstəricilərindən 7,22 faiz (manatla qiymətlər 7,38 faiz aşağı düşüb) azdır.
Xeberaz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin hesabatında deyilir.
Müqayisə üçün deyək ki, cari ilin mart ayında Bakıda ilkin mənzilin bir kvadrat metrinin qiyməti 1 149 dollar (1 066 manat) təşkil edib.
Bazarda təkliflərin əksər hissəsi ekonom-sinifli (bir kvadrat metri 1000 dollara kimi) və orta sinifli (1000-1600 dollar) mənzillərə aiddir. Bu qiymət diapazonunda olan mənzillərin ümumi təklif portfelindəki payı uyğun olaraq 52,6 və 37,5 faiz təşkil edib. Belə mənzillərdə bir kvadrat metrin orta qiyməti uyğun olaraq 766 və 1 200 dollar olub. Ümumi təklif portfelində bir kvadrat metri 1600 dollardan çox olan mənzillərin xüsusi çəkisi 9,9 faiz təşkil edib. Hesabat dövründə bu sinifdən olan mənzillərin bir kvadrat metrinin qiyməti 2 145 dollar olub.
“Ay ərzində ən çox bina Bakının Yasamal rayonunda inşa edilib. Daha sonra Xətai və Nəsimi rayonları gəlib. Bina inşaatı həyata keçirilən ümumi rayonların sayında bu üç rayonun payı 63,4 faiz olub. Ötən ay ilkin mənzil təkliflərinin ən böyük sayı Bakının Nəsimi, Xətai və Yasamal rayonlarında qeydə alınıb. Ümumi təklifdə onların payına 72,4 faiz düşüb.
Hesabatlara görə, satışa çıxarılan ilkin mənzillərin 44 faizi Bakının Yasamal, 15 faizi Nəsimi, 14 faizi Xətai, 6 faizi Nərimanov və Nizami, 5 faizi Abşeron, 3 faizi Sabunçu, Suraxanı və Binəqədi, 2 faizi Səbail rayonunun payına düşüb.
Mart ayı ilə müqayisədə apreldə təklif olunan orta yaşayış sahələri 3,1 faiz artıb. Bu da 119,21 kvadrat metr deməkdir. Bir otaqlı mənzillərin orta sahəsi 60,41 kvadrat metr, iki otaqlı mənzillərdə 90,11, üç otaqlı mənzillərdə 128,64, dörd otaqlı mənzillərdə 183,23, beş otaqlı mənzillərdə 280 kvadrat metr olub.
Bakıda rayonlar üzrə ilkin mənzillərin bir kvadrat metrinin qiyməti:
Xəbəri paylaş
8368 dəfə oxunub.
Digər xəbərlər

14-09-2017, 16:39
Daşkəsəndə AİLƏ DRAMI: arvadını 8 yaşlı uşağının gözü qarşısında boğub öldürdü - YENİLƏNİB
11-12-2019, 04:36
Qadın qohumları tərəfindən döyüldü
19-04-2022, 17:59
Son zamanlar səhnə geyimləri və “Lolipop” mahnısı ilə gündəmdə olan türkiyəli müğənni Gülşen Bakıya gəlir.
24-08-2017, 18:39
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməlidir-Səbəb
26-05-2021, 15:25
Azərbaycan Silahlı Qüvvələrinin cavabı çox ağır olacaq
12-05-2016, 18:24
Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq
23-10-2017, 10:05
ŞOK OLAY: Bakıdan rayona aparılan məhkumlar qatardan qaçdı - ADLAR
26-03-2016, 13:34
İŞİD-in iki nömrəli lideri Hacı İmam öldürüldü
20-07-2022, 11:28
Azərbaycanda 4-cü doza vaksinlər tətbiq edilə bilər - VACİB XƏBƏR
22-07-2021, 11:41
Həyat yoldaşından ayrılan "Fəlakət" bu qızla eşq yaşayır? - Səmimi görüntülər - FOTO