Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəşad Dağlı qruplaşmaya daxil olduğunu düşünənlərə belə cavab verib.(VİDEO)
Tarix: 17-05-2015 | Saat: 15:33
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes / M2 / Xəbəraz TV / Araşdırma | çapa göndər

Rəşad Dağlı qruplaşmaya daxil olduğunu düşünənlərə belə cavab verib.(VİDEO)
“Dərvişlər görmüşəm təsbehinin daşı yarım kilo”.

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunda həyəcan günbəgün artır.

Xeberaz.az -ın ANS-ə istinadən məlumatına görə, şounun ötən gecəki buraxılışında iştirakçıların gizli səsverməsi nəticəsində stilist Anar Ağakişiyev yarışmanı tərk etməyə namizəd olub. O, şou boyu çıxaracağı insanın xanım iştirakçı olmayacağını bildirib.

Onun ad çəkməməsi bəzi iştirakçılarda özlərinə qarşı şübhə yaradıb. Maşın ətrafında dayanan meyxanaçı Rəşad Dağlı isə hansısa qruplaşmaya daxil olduğunu düşünənlərə cavab verib.

“Mən neytral dayanmaq istəyirəm, amma imkan vermirlər. Malik ordan deyir, Samir, Rəşad, Allahverdi müəllim qorxulu adamdır. Mən onları bilmirəm, amma mən özüm doğrudan da qorxulu adamam. Çünki böyük sənətin nümayəndəsiyəm burda; dərvişlər görmüşəm təsbehinin daşı yarım kilo... Kim mənimlə mübarizə aparmaq istəyirsə, çıxsın ora, desin “Rəşad Dağlı”. Mən elə eləyəcəm, ora çıxası olsam, ad açıqlayacam. Heç kim mənə söz atmasın. Bəli mən qorxuluyam, kişi kimi mübarizədə qorxuluyam. Kimin hünəri var, çıxsın çağırsın”, – deyə, Rəşad Dağlı bildirib.

A.Ağakişiyev 82,91 faiz səs toplayaraq, yarışmada qalma şansı qazanaraq Rüfət Axundovu şoudan uzaqlaşdırıb.

Şouda iştirakını davam etdirənlər əməkdar artist M.Xanlarova, müğənnilər Emil Bədəlov, ABD M.Kələntərli, Xatirə İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.
[media=https://youtu.be/T3aHowy49u4]


Xəbəri paylaş

5918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___