Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Görkəmli rəssama həsr olunmuş tədbir keçiriləcək
Tarix: 25-08-2016 | Saat: 10:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Görkəmli rəssama həsr olunmuş tədbir keçiriləcək
Sentyabrın 2-də XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssam haqqında xatirələr. Butunay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında” adlı tədbir keçiriləcək.

“Rəssamla görüş” layihəsi çərçivəsində reallaşacaq tədbirdə Ucal Haqverdiyevin (1960-2004) həyat və yaradıcılığından söz açılacaq.

Ucal Haqverdiyevin sənəti yüksək mənəviyyatı ilə seçilir, onun mövzu və süjetləri “Tövrat” obrazları ilə bağlıdır. Rəssamın rəngkarlığı, qrafikası, poeziyası zamanın cızdığı dar dünyagörüşü çərçivəsindən kənarda mövcuddur. Ucal Haqverdiyev Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub.

O, “Labirint” qrupunun yaradılmasında iştirak edib. 2000-ci ildə bu qrupun tərkibində “Humay” mükafatına layiq görülüb. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə sərgilənib. /Azərtac/


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
28-10-2023, 13:43 Sabah yaz havası olacaq

bütün xəbərlər
____ Instagram ___