Novruz Məmmədov: Azərbaycandakı FETÖ tərəfdarlarının hamısı üzə çıxarılacaq
Tarix: 21-08-2016 | Saat: 01:03
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər
Azərbaycandakı FETÖ tərəfdarlarının hamısı üzə çıxarılacaq. Trend-in məlumatına görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə müsahibəsində deyib.
Prezident Administrasiyasının rəsmisi iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələrə toxunub. O bildirib ki, “FETÖ” təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və FETÖ-çülərin buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq.
N.Məmmədov deyib: “Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaqdır. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”.
Xəbəri paylaş
7008 dəfə oxunub.
Digər xəbərlər

23-02-2022, 20:54
Son sutkada peyvənd olunanların sayı açıqlandı
21-04-2021, 19:33
Qazi narazılığını bildirəndən sonra nazirlik hərəkətə keçdi
17-11-2017, 12:31
Bu yazılar reklam hesab edilməyəcək - QANUN DƏYİŞDİ
28-12-2017, 17:30
Dani Alveş 2018 ci ili Bakıda qarşılayacaq
7-11-2015, 16:33
Sumqayıtda vəhhabidən qumbara və avtomat tapıldı
29-05-2016, 17:54
Bakının üzərini örtən qatı dumanın səbəbi nədir? - RƏSMİ AÇIQLAMA
14-09-2021, 10:14
Pensiyalar bu tarixdə tam ödəniləcək - RƏSMİ
8-11-2018, 10:28
Qrip və virusları 1 günə məhv edən resept - Bütün ailə üçün
25-12-2016, 20:18
İlyas Tapdıq vəfat edib