Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Usubov: "Bu, əlamətdar gün kimi tarixə düşəcək"
Tarix: 18-08-2016 | Saat: 13:16
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Usubov: "Bu, əlamətdar gün kimi tarixə düşəcək"

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək.

Trend-in məlumatına görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem var:

“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, demokratik proseslər genişlənir. Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ölkədə ardıcıl ishalatlar aparılır. Dünyanın hər bir yerində olan böhran Azərbaycana təsir etməyib. Bu, uzaqgörən siyasətin nəticəsində olub”.

R.Usubov qeyd edib ki, ümumxarlq səsverməsində prokurorluq orqanlarının da rolu var:

“2002-2009-cu illərdə keçirilən refendumda qanun pozuntularına yol verilməyib, bununla bağlı prokurorluğa müraciət daxil olmayıb. Qanun pozuntuları bələdiyyə və parlament seçkilərində olub. Prokurorluq da öz növbəsində, bu işləri araşdırıb. Səmərəli işləməklə irəliləyiş əldə etmişik”.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
24-07-2015, 12:08 DSMF: 23 faiz azalma var

bütün xəbərlər
____ Instagram ___