Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva ümidsiz aktyora əl uzatdı - FOTOLAR
Tarix: 15-08-2016 | Saat: 14:59
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Mehriban Əliyeva ümidsiz aktyora əl uzatdı - FOTOLAR

Heydər Əliyev Fondu böyrək çatışmazlığından əziyyət çəkən gənc aktyor Rəhim Rəhimovun əməliyyat və müalicə xərclərini öz üzərinə götürüb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə report-a Rəhim Rəhimov məlumat verib. Aktyor qeyd edib ki, əməliyyat xərclərinə kömək göstərilməsi üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva məktubla müraciət edib: "Məktubuma müsbət cavab verilib. Əməliyyat xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Məktubuma diqqətlə yanaşdığına və göstərdiyi köməkliyə görə Mehriban xanıma təşəkkür edirəm. Əməliyyatın sentyabrda olması nəzərdə tutulub. İndi növbəmi gözləyirəm".

R.Rəhimov bildirib ki, hazırda müalicəsi davam edir və əvvəlki vaxtlarla müqayisədə əziyyəti normaldır:

"Həkimlərin məsləhəti ilə gəzintiyə çıxıram. Hətta həkimlər işə çıxmağıma icazə verib və sentyabrda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına qayıdacam".

Aktyor bildirib ki, həkim ona bəzi məhdudiyyətlər də qoyub: "Mənə çevik hərəkətlər etmək, tərləmək, ağır iş görmək qətiyyən olmaz. Səhnədə çevik hərəkətlər etmək və tərləmək həmişə olur. Amma çalışacam ki, yüngül hərəkətlər tələb edən tamaşalarımdan oynayım".

Qeyd edək ki, xəstə olduğu müddətdə ona bütün teatrların kollektivlərinin baş çəkdiyini deyən R.Rəhimov onu unutmayanlara təşəkkürünü bildirib.BİG.AZ


Xəbəri paylaş

1 2188 dəfə oxunub.

Digər xəbərlər
7-05-2018, 20:46 Depressiyanı tanıyın

bütün xəbərlər
____ Instagram ___