Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lakin oyundan özüm gedirəm”, - deyə müğənni bildirib.
Tarix: 15-05-2015 | Saat: 14:34
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes / M2 / Xəbəraz TV | çapa göndər

Lakin oyundan özüm gedirəm”, - deyə müğənni bildirib.
“Mənə səs verdikləri üçün tamaşaçılara böyük minnətdarlıq bildirirəm”.

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunin növbəti buraxılışı da qalmaqallı anlarla yadda qalıb.

Xeberaz.az -ın Axşam.az-a istnadən məlumatına görə, iştirakçılar arasında gizli səsvermədə hər kəsin adı bir dəfə çəkildiyi üçün gün ərzində yığılan səslərə baxılıb. Lakin yenə də günün ən az səs yığanları arasında bərabərlik yaşanıb. Aşıq Əli, Mehriban Xanlarova, ABD Malik, Elçin Hüseynovun səs faizləri bərabər olduğu üçün M.Dadaşov tamaşaçıları 1 dəqiqəlik səsverməyə çağırıb. Bundan sonra E.Hüseynov günün namizədi olub.

Müğənni kimi çıxaracağını deməsə də, veriliş boyu müxtəlif versiyalar səsləndirilib. Anar Ağakişiyev Elçinin onu çıxaracağını bildiyini deyərək “getsin”ə səs istəyib. Bundan sonra Anar və Elçin arasında qalmaqal yaranıb. Müğənni stilistə “sən kimsən?” dediyi üçün studiyada gərgin anlar yaşanıb. Ağakişiyev “Sənin ixtiyarın yoxdur mənə belə deməyə” şəklində etirazını bildirib.

Veriliş boyu E.Hüseynov da tamaşaçılardan özü üçün “getsin”ə səs istəyib. O, bunu dostlarından heç kimi çıxartmaq istəməməsi ilə əlaqələndirib.

“Mənə səs verdikləri üçün tamaşaçılara böyük minnətdarlıq bildirirəm. Lakin oyundan özüm gedirəm”, - deyə müğənni bildirib.

Sonda o, 62.76% səs yığsa da, heç kimin adını çəkməyərək özü gedib. Müğənni studiyanı kimsəylə sağollaşmadan tərk edib. Həmkarı Xatirə İslam isə göz yaşlarını saxlaya bilməyib.

Şouda iştirakını davam etdirənlər əməkdar artistlər Abbas Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Bədəlov, ABD M.Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam ANS TV-də saat 22:00-da yayımlanır.
[media=https://youtu.be/N8WBBcdbtBo]


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___