İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib
Tarix: 14-08-2016 | Saat: 21:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qəbul edib.
"Xəbəraz.az " xəbər verir ki, dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı bildirilmişdi ki, Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olması əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcək. Prezident İlham Əliyev qeyd etdi ki, bu yaxınlarda Rusiyada keçirilən ordu oyunlarında Azərbaycan komandasının ilk dəfə çıxış etməsini nəzərə alsaq nəticəni uğurlu hesab etmək olar. Dövlətimizin başçısı Rusiya komandasının həmin oyunlarda qələbəsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı. Sergey Şoyqu Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Rusiyada keçirilən hərbi oyunlarda iştirakını məmnunluqla qeyd etdi. (Trend)
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər

23-12-2015, 21:55
İlham Əliyev yeni rektor təyin etdi
19-05-2021, 20:50
Aralarında 53 yaş fərq var - Yasda tanış olublar - FOTO
25-07-2023, 17:40
204 kiloqram ağırlıq qaldıran bloger ÖLDÜ - VİDEO
2-01-2018, 12:32
Poxmel" olanlar oxusun: ayılmaq üçün bunları edin
6-12-2015, 12:32
Ərdoğan İlham Əliyevə başsağlığı verdi
27-01-2023, 13:59
“Talışların hamısı türk, türklərin hamısı talışdır” - Aqil Abbasdan İrana sərt reaksiya
17-02-2018, 11:28
Bakıda tapılan doğranmış qadın meyiti ilə bağlı YENİ XƏBƏR
28-08-2017, 10:24
Həkim rəyi olmadan eynək satılmayacaq - YENİLİK
11-11-2019, 13:40
Sabah 22 dərəcə isti olacaq
21-02-2020, 15:43
Ərdoğan, Makron və Merkel arasında telefon danışığı oldu