Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gökhan Günaydın “Nar” rabitə operatoru tərəfindən təlimçi qismində Bakıya dəvət edildi-FOTO
Tarix: 15-05-2015 | Saat: 13:14
Bölmə:M / Karusel / Gündəm / İdman / M2 / Ekskluziv | çapa göndər

Gökhan Günaydın “Nar” rabitə operatoru tərəfindən təlimçi qismində Bakıya dəvət edildi-FOTO
Gökhan Günaydın azərbaycanlı idman jurnalistlərinə təlim keçdi.

Xeberaz.az xəbər verir ki, Bakı-2015 Avropa oyunlarının rəsmi tərəfdaşlarından biri və mobil rabitə təminatçısı olan “Nar” Azərbaycanda idman jurnalistikasının inkişafına dəstək vermək və media nümayəndələrinin peşəkar hazırlıq səviyyəsinin artırılmasını təmin etmək məqsədilə idman jurnalistləri üçün xüsusi təlim təşkil etdi.

Təlimin aparılması üçün türkiyəli tanınmış idman şərhçisi, TRT kanalının İdman verilişləri redaksiyası və TRT Spor kanalında böyük təcrübə toplamış idman jurnalisti Gökhan Günaydın “Nar” rabitə operatoru tərəfindən təlimçi qismində Bakıya dəvət edildi.

14 may 2015-ci il tarixdə Bakıdakı “Park Inn” otelində keçirilmiş bir günlük təlimdə çoxsaylı media qurumlarını təmsil edən 50-dək idman jurnalisti iştirak etdi. Təlimçi Gökhan Günaydın idman şərhçisi və icmalçının necə işləməli olduğu, idman xəbərlərinin yayım metodikası barədə jurnalistlərə dəyərli məlumatlar verərək, idmanın təşviqində media resurslarının rolu haqqında ətraflı söhbət açdı.

Qeyd etmək lazımdır ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycanda keçiriləcək ilk Avropa oyunları ərəfəsində idman jurnalistlərinin irimiqyaslı beynəlxalq turnirlərə tam hazırlığının təmin edilməsi, onların yarışlar boyunca yüksək səviyyədə peşə fəaliyyəti göstərmələri və informativ reportajlar hazırlamaları idi.






Xəbəri paylaş

5958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___