Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Günel Ələkbərova “Maşın” şounu ağlayaraq tərk etdi
Tarix: 14-05-2015 | Saat: 00:26
Bölmə:M / Karusel / Şou-Biznes | çapa göndər

Günel Ələkbərova “Maşın” şounu ağlayaraq tərk etdi
Daha bir müğənni üçün “nağıl” bitdi.

ANS TV-də “Daha bir nağıl” devizi ilə yayımlanan “Maşın” şounun növbəti buraxılışı baş tutub.

Xeberaz.az
-ın Axşam.az-a istinadən məlumatına görə, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu proqramda iştirakçılar bu dəfə müğənni Abbas Bağırovu sms səsverməsinə çıxarıblar.

Abbas ilk dəqiqələrdən həmkarı Günel Ələkbərovanı uzaqlaşdıracağını deyərək açıq oyun oynayıb. Əməkdar artistə Aşıq Əli. Mehriban Xanlarova, Xatirə İslam, Emil Bədəlov, Elçin Hüseynov dəstək olublar. Günel isə təkbaşına mübarizə apararaq tamaşaçılardan Abbasın “getmə”sinə səs istəyib.

Sonda A.Bağırov 63.85% səs yığaraq G.Ələkbərovanı şoudan uzaqlaşdırıb. Xanım müğənni iştirakçılarla görüşərkən göz yaşlarını saxlaya bilməyib.

Şouda iştirakını davam etdirənlər əməkdar artistlər A.Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Hüseynov, E.Bədəlov, ABD Malik Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.


Xəbəri paylaş

8578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___