Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti tədbir-Biləsuvarda
Tarix: 04-08-2016 | Saat: 19:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti tədbir-Biləsuvarda

Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Biləsuvar rayonunda keçirib.
Tədbirdə Biləsuvar rayonundan olan istedadlı uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması üçün, onların gələcəkdə sahib olacaqları sənət sahələrində uğurlar qazanmaları üçün mütəxəssislər tərəfindən vacib tövsiyələr verilib. Uşaq və gənclərin əsas maraq göstərdiyi peşə və sənət sahələrinin incəlikləri, bu sahələrdə ölkəmizi yerli və xarici müsabiqələrdə təmsil edən tanınmış gənc istedadlarımız haqda verilən bilgilər gənclərin böyük marağına səbəb olub.
Məruzəçilər bildirib ki, gələcəyin tanınmış insanları olacaq böyüməkdə olan gənc nəslin istedad və yaradıcı qabiliyətlərini üzə çıxarıb düzgün axara istiqamətləndirmək hər birimizin borcudur. Bu gün dünyada gedən bir çox aldadıcı və sapdırıcı proseslər istedadlı uşaqları, yeniyetmələri öz zərərli təsiri altına sala bilir. Onların vətən,torpaq,doğma xalq düşüncəsindən uzaqlaşması, kosmopolit təfəkkür tərzinə yönələrək milli-tarixi kimliyinə arxa çevirməsi, mənsub olduğu xalqın taleyüklü probleminə göz yumub manqurtcasına laqeyd qalması dini radikalizməmeylin güclənməsi və bəzi antiazərbaycan təbliğat vasitələrinin hədəfidir. Ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı uğurlu siyasi-ideoloji fəaliyyət də uşaq və yeniyetmələrin, xüsusəndə yaradıcı istedada malik yeni nəslin düzgun istiqamətdə inkişaf etdirilməsi məsələsini daim diqqət önündə saxlayır. Layihənin əsas məqsədi uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi üçün elmi və mədəni kütləvi tədbirlər planı həyata keçirməkdir. Azərbaycançılıq, vətənpərvərlik, milli-tarixi yaddaş, müstəqil dövlətçilik düşüncəsini əks etdirən uşaq və yeniyetmələrin rəsm sərgisi, uşaq musiqi ifaçılığı, bədii qiraət, şeir və səhnəçiklər təşkil olunmaqla onların istedadları ictimaiyyətə əqdim olunacaq.
Seminarın sonunda uşaq və yeniyetmələrin seçdikləri sənət sahələri ilə bağlı sualları cavablandırılıb.

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti tədbir-Biləsuvarda

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti tədbir-Biləsuvarda

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti tədbir-Biləsuvarda


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___