Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Uşaq və yeniyetmələrdə yaradıcı düşünçə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi layihəsinin növbəti tədbiri-GƏNCƏDƏ
Tarix: 29-07-2016 | Saat: 22:53
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

“Uşaq və yeniyetmələrdə yaradıcı düşünçə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi layihəsinin növbəti tədbiri-GƏNCƏDƏ
Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-na Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyi tərəfindən içra olunan “Uşaq və yeniyetmələrdə yaradıcı düşünçə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi layihəsi çərçivəsində növbəti tədbir 29 İyul 2016-cı il tarixində Gənçə şəhərində yerləşən Kəlbəcər rayon Mədəniyyət evində keçirildi. Tədbirdə ziyalılar və istedadlı uşaq və yeniyetmələr iştirak etdilər.
"Xəbəraz.az " xəbər verir ki, Tədbirdə Kəlbəcər rayon mədəniyyət və turizm şöbəsinin müdri Hacı Əmirahov çıxış edərək bildirdi ki, Azərbaycanda uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər çoxdur, günü-gündən də bu işlərin miqyası artır. Fakt budur ki, bugün Azərbaycanda insan kapitalının inkişafı, uşaqların müasir bilik və bacarıqlara yiyələnməsinin reallaşdırılması prioritet istiqamətlər sırasında mühüm yer tutur.
“Kəlbəcər harayı” qəzetinin redaktoru, şair Zahid Muxtar çıxış edərək bildirdi ki, Təhsil sistemində böyük əhəmiyyət kəsb edən məsələlərdən biri istedadlı uşaqlara qayğı və diqqətin daha da artırılmasıdır. Ulu Öndər Heydər Əliyev bu məsələyə xüsusi önəm verib. Onun fikirlərinə istinad edək: ""...Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir şagirdin cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir". Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 17 aprel tarixli Sərəncamı təsdiq edilən "Xüsusi istedada malik olan uşaqların (gənclərin )yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nda qeyd edilir ki, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ötən əsrin 70-ci illərindən etibarən diqqət mərkəzində olub, bu vacib iş sahəsinin mühüm prioritetlərdən biri kimi irəli sürülərək reallaşdırılması istiqamətində ciddi addımlar atılıb:
Gənclər və idman idarəsinin məsul işçisi Hikimət Şahmuradov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev istedadlı uşaqlara qayğısını özünün imzaladığı sənədlərlə ifadə edib. Onun 1999-cu il iyulun 29-da imzaladığı Fərmanla təsdiq olunan "Azərbaycan Respublikasında Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı"nda Təhsil, Gənclər, İdman və Turizm nazirliklərinə istedadlı uşaqların üzə çıxarılması üçün fərdi tədris proqramlarının hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də istedadlı uşaqlara qayğısı yüksək səviyyədədir. Bilirik ki, ölkə başçısı "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının (2006 -2010-cu illər)" təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Burada istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması məqsədi qeyd edilib.
Digər çıxış edənlərdə layihənin əhəmiyyətindən danışaraq bildirdilər ki, istedadlı uşaq və yeniyetmələrə dövlətimiz tərəfindən xüsuqi diqqət və qayğı göstərilir. Bu işdə QHT-in xüsusi fəallıq göstərməsi bizləri cox sevindirir. Bu lahiyənin digər bir məqsədi də uşaqları müxtəlif dini təriqətlərdən narkamaniyadan zərərli vərdişlərdən yayindirmaqla sağlam,ölkəmizə yararli gənc nəsil yetişməsinə xidmət edir. Tədbirin sonunda uşaq və yeniyetmələr müxtəlif musiqi alətlərində sazda tarda kamançada və muğam oxumaq sahələrində öz bacarıqalrını nümayiş etdiriblər. Həmçinin Uşaq və yeniyetmələrin rəsm sərgisinə baxış keçirildi.

Xəbəri paylaş

8358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___