Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstan azərbaycanlıları Tiflisdə toplandı
Tarix: 23-07-2016 | Saat: 00:45
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

Gürcüstan azərbaycanlıları Tiflisdə toplandı

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Türkiyədə baş verənlərdən narahatdırlar.

Report xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK), “Aktiv” Qadınları Assosiasiyasının, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının üzvləri qardaş ölkədə baş verən dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyib. QHT üzvlərinin iyulun 22-də Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən toplantısında bu məsələ ciddi müzakirə olunub.

Tədbirdə çıxış edən GAK sədri Hüseyn Yusifov deyib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd demokratik bir topluma, xalqın azad seçiminə qarşı qəsd idi. Lakin, müdrik türk xalqı birlik nümayiş etdirərək, bütün çətinliklərə baxmayaraq zorakılığa, əsarətə yox dedi, öz dövlətini qorumağı bacara bildi. Bu birlik türk xalqının qorxmazlığının, öz seçiminə hörmətinin göstəricisidir.

Muzeyin direktoru Leyla Əliyev, “Aktiv” Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva və başqaları çıxış edərək baş verənlərin Türkiyənin inkişafına ciddi ziyan vura biləcəyini və bunun region ölkələrindən də yan keçməyəcəyini xüsusi qeyd ediblər.

Türkiyədə baş verən hadisələrin təkrarlanmasının yolverilməz olduğu bildirilib.

Qeyd olunub ki, Gürcüstanda yaşayan azərbaycanlılar qardaş türk xalqı ilə birdir və Türkiyənin bütövlüyünü dəstəkləyir.


Xəbəri paylaş

6008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___