Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AZƏRTAC “Bakı-2015”in I Avropa Oyunları Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.
Tarix: 11-05-2015 | Saat: 19:21
Bölmə:M / Karusel / Siyasət / Gündəm / Müsahibə | çapa göndər

AZƏRTAC “Bakı-2015”in I Avropa Oyunları Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.
Müqavilə imzalanıb.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.

Xeberaz.az
-ın məlumatna görə, sazişi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq imzalayıblar.

AZƏRTAC “Bakı-2015”i işıqlandırmaq üçün 50-dən çox əməkdaşını, o cümlədən müxbir, fotomüxbir və operator cəlb edib. Agentliyin Oyunlarla bağlı xəbərləri və fotoları oxuculara 7 dildə təqdim olunur. Müqaviləyə əsasən, AZƏRTAC “Bakı-2015” ilə bağlı videoxəbərləri Azərbaycan dilində təqdim edəcək.

Sazişə əsasən, AZƏRTAC “Bakı-2015” I Avropa Oyunlarının loqosunu və “Bakı-2015” I Avropa Oyunlarının rəsmi informasiya agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edib.

Sazişin imzalanması ilə bağlı fikirlərini bölüşən S. Kleq AZƏRTAC-ın “Bakı-2015”in rəsmi informasiya tərəfdaşı olmasından məmnunluğunu ifadə edib: “İnanırıq ki, AZƏRTAC-ın bu Oyunları işıqlandırması Azərbaycanda daha çox insanın idmanla məşğul olmağa həvəsləndirilməsi işinə mühüm töhfə verəcək. AZƏRTAC “Bakı-2015”in rəsmi media tərəfdaşı olmaqla bir milyarddan çox tamaşaçının izləyəcəyi birinci Avropa Oyunlarının brendinin beynəlxalq miqyasda təbliğində böyük rol oynayacaq”.
A. Aslanov isə sazişin əhəmiyyətindən danışaraq bildirib ki, bu gün rəhbərlik etdiyi agentliyin həyatında əlamətdar hadisə baş verib: “Biz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını – birinci Avropa Oyunlarını təbliğ etməsi üçün “Bakı-2015”in rəsmi media tərəfdaşı olmasından böyük məmnunluq duyuruq. AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan artıq ölkənin xəbər agentlikləri vasitəsilə birinci Avropa Oyunlarının təbliğində fəal iştirak edir, hazırlıq prosesini geniş işıqlandırır. Birinci Avropa Oyunlarının informasiya təminatına 50-dən çox əməkdaşını cəlb edən, eləcə də bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman bayramının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verməyə çalışacaq”.





Xəbəri paylaş

7968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___