Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyevə Kəlbəcər ictimaiyyəti nümayəndələrinin 14 iyul 2016-cı il tarixində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və dövlətçilik...
Tarix: 20-07-2016 | Saat: 13:27
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İlham Əliyevə Kəlbəcər ictimaiyyəti nümayəndələrinin 14 iyul 2016-cı il tarixində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və dövlətçilik...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Kəlbəcər ictimaiyyəti nümayəndələrinin 14 iyul 2016-cı il tarixində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və dövlətçilik naminə keçirdiyi toplantısında qəbul edilmiş

Müraciəti

Möhtərəm cənab Prezident!

Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz dədə-baba torpaqlarından, doğma yurd yerlərindən didərgin düşərək taleyin ağrılı-acılı illərini yaşamaq məcburiyyətində qalan Kəlbəcərlilər bu məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, həmişə dövlətimizin və dövlətçiliyimizin mövqeyində əzmlə dayanmışlar.

Sizin daxili və xarici siyasətiniz, sağlam və vətənpərvərlik ruhlu strategiyanız biz qaçqın və məcburi köçkünlərin ürəyindən xəbər verir. Müstəqil və qüdrətli Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin ideoloji xəttini sədaqət və rəşadətlə davam etdirdiyinizə, işğal olunmuş torpaqlarımızın azad olunması naminə göstərdiyiniz prinsipial mövqeyinizə və apardığınız siyasi mübarizəyə görə Kəlbəcərlilər Sizə minnətdarlıqlarını bildirirlər.

Biz həmişə Sizinləyik və Sizinlə də olacağıq!

Möhtərəm cənab Prezident!

Son illərdə qaçqın və məcburi köçkünlərimiz üçün inşa edilən müasir tipli qəsəbələr yurddaşlarımızın mənzilə olan ehtiyaclarını ödəmiş, onların sosial rifahı kökündən dəyişmişdir. Bütün bunlar dövlət başçısı olaraq Sizin vətəndaşlarınıza göstərdiyiniz xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Həmçinin, Kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması ilə bağlı Sizin rəhbərliyiniz altında ciddi tədbirlər görülür və danışıqlar aparılır. Biz inanırıq ki, Sizin müdrik və məqsədyönlü siyasi mübarizəniz sayəsində nəinki Dilqəm və Şahbaz, bütün azərbaycan əsirləri azad olunacaq, işğal olunmuş torpaqlarımız geri qaytarılacaq və biz də tezliklə öz doğma Kəlbəcərimizə geri dönəcəyik.

Tanrı Sizi qorusun!

Dərin hörmət və yüksək ehtiramla,

Kəlbəcər ictimaiyyətinin nümayəndələri


Xəbəri paylaş

4648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___