Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev sərəncam imzaladı
Tarix: 18-07-2016 | Saat: 17:22
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
"Xəbəraz.az " xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilib:

Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:


“Komissiyanın sədri

Süleyman İsmayılov

Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin müdiri
Komissiyanın üzvləri:

Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri

Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş
şöbəsinin müdiri

Şahin Əliyev

Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Qanunvericilik və hüquq
ekspertizası məsələləri şöbəsinin müdiri

Eldar Nuriyev

Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

Tələt Məcidov

Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri

Səadət Yusifova

Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri

Azər Əmiraslanov

Azərbaycan Respublikası Prezidentinin iqtisadi
islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye
məsələləri şöbəsinin müdiri

Mail Rəhimov

Azərbaycan Respublikasının iqtisadi siyasət
məsələləri üzrə Dövlət müşavirinin xidmətinin İqtisadi
siyasət məsələləri şöbəsinin müdiri

Əli Hüseynov

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin
müavini

Ataxan Paşayev


Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”.


2. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə:

2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;

2.2. 1-ci hissə üzrə:

2.2.1. 2-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni,” sözləri çıxarılsın və “işə dair” sözləri “iş barədə” sözləri ilə əvəz edilsin;

2.2.2. 4-cü bənddə “Ümumi şöbənin” sözləri “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri ilə əvəz edilsin;

2.3. 3-cü hissə üzrə:

2.3.1. 1-ci bənddə “II bölməsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin;

2.3.2. 3-cü bəndin ikinci cümləsindən “bir qayda olaraq” sözləri çıxarılsın.


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___