Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə hökumətinin yanında olduğumuzu və dəstəyimizi qətiyyətlə bəyan edirik-Alexsander Şapiro Suliman
Tarix: 18-07-2016 | Saat: 14:57
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Türkiyə hökumətinin yanında olduğumuzu və dəstəyimizi qətiyyətlə bəyan edirik-Alexsander Şapiro Suliman

Azərbaycan İsrail Beynəlxalq tibb mərkəzinin rəhbəri, Sülhməramlı səfir, CİPDH eksperti Cənab Alexsander Şapiro Sulimanın Mətbuat katibi Nadir Məmmədov "Xəbəraz.az "-a bildirdi ki, A. Ş. Suliman Türkiyədə yaşanan və qanlı olaylarla nəticələnən hərbi çevriliş faktını qəti şəkildə pisləyərək Türk xalqına və hökumətinə dəstəyini ifadə etmişdir. Bu barədə bəyanat verən sülhməramlı səfir bildirmişdir: - " Türkiyədə bir qurup qiyamçının hərbi çevrilişə cəhd etməsi yolverilməz və qəbuledilməz haldır. Türk xalqının azad və demokratik şəraitdə seçdiyi demokratik hökumət və hakimiyyəti zorla dəyişdirməyə, Türkiyə dövlətinin Konstitusiyası və türk xalqının iradəsi əleyhinə olaraq hökuməti ələ keçirtməyə çalışması bağışlanmaz cinayətdir. Türk xalqının seçiminə hörmətlə yanaşaraq türk dövlətinin və qanuni, sivil və demokratik yolla seçilmiş rəhbərliyinin, o cümlədən Türkiyə hökumətinin yanında olduğumuzu və dəstəyimizi qətiyyətlə bəyan edirik. Qiyamçıların törətdiyi hadisə nəticəsində çoxsayda insanın həlak olması və yaralanması faktı özlüyündə ürəkağrıdan hadisədir. Baş vermiş bu hadisə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Həyatını itirənlərə isə Allahdan rəhmət diləyirik...."


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
29-12-2015, 10:50 Cəbhədən son xəbər

bütün xəbərlər
____ Instagram ___