"Hərbi çevriliş cəhdindən öncə Ərdoğana zəng..."- SİRRLƏR AÇILIR
Tarix: 17-07-2016 | Saat: 14:23
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Türkiyədə hərbi çevriliş cəhdinin uğursuzluğunu şərtləndirən əsas detal açıqlanıb.
Türkiyədə hökumətə yaxınlığı ilə seçilən jurnalist Abdulkadir Selvi “Çevriliş gecəsinin qədər anları” başlıqlı məqaləsində yazıb ki, hərbi çevriliş cəhdinin qədərini müəyyənləşdirən an Marmarisdə oteldə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birinci Ordu komandanı ordu generalı Ümit Dündar arasındakı telefon görüşündə yaşanıb.
Birinci Ordu komandanı Ü. Dündar R. T. Ərdoğanı telefonla arayıb, qanuni seçilmiş prezident olaraq Türkiyə prezidentinə sadiq olduğunu bəyan edib. General R. T. Ərdoğana Ankaraya getməməyi məsləhət görüb, İstanbula gəlməyi, İstanbulda onu qoruya biləcəyini bildirib. Eyni zamanda qaldığı oteli ən qısa müddətdə tərk etməsini istəyib. Türkiyə prezidenti R. T. Ərdoğan oteli tərk etdikdən 62 dəqiqə sonra da bu otelə xüsusi təyinatlıların hücumu olub, köməkçisi girov götürülüb.
Türkiyə prezidentinin İstanbulda aeroportda telekanallar vasitəsi ilə müraciət edərək xalqı meydanlara səsləməsi isə növbəti həlledici məqam olub. Yazıda çevriliş planının əsas müəllifinin EDOP komandanı Metin İyidli olduğu, planın hazırlanmasında bir müddət əvvəl Baş Qərargah rəisinin müşaviri vəzifəsindən azad edilmiş polkovnik Muharrem Kosenin də iştirak etdiyinin üzə çıxdığı qeyd edilib.
Hərbi çevriliş planının həyata keçirilməsində lider funksiyasını isə Hərbi Hava Qüvvələrinin sabiq komandiri, ordu generalı, Ali Hərbi Şuranın üzvü olan ordu generalı Akın Öztürkün olduğu çevrilişə cəhd gecəsinin səhəri üzə çıxıb. A. Öztürk gecə boyu Ankara yaxınlığındakı Akıncılar Hərbi Hava Bazasında olub. Bu hərbi bazada yerləşən 141-ci hava qüvvələri birləşməsinin komandiri A. Öztürkün kürəkəni polkovnik Hakan Karakuş olub. Hərbi çevriliş planının uğursuzluğa düçar olduğunu görən və səhər qaçmaq üçün vertolyota minməyə çalışan A. Öztür açılan atəş nəticəsində yaralanıb, daha sonra isə həbs edilib.
Məqalədə o da qeyd edilib ki, hərbi çevriliş planı əvvəlcə mayın 4-ə planlaşdırılıb, lakin M. Kösenin Baş Qərargah rəisinin müşaviri vəzifəsindən azad edilməsindən sonra iyunun 15-ə təxirə salınıb.
Xəbəri paylaş
8588 dəfə oxunub.
Digər xəbərlər

15-07-2019, 22:48
Fazil Məmmədovun qohumu rəis təyin edildi
22-06-2016, 11:17
Nazarbayev ən yaxın adamını spiker seçdirdi
24-03-2018, 11:09
Bakıda külək su çənini avtomobilin üzərinə aşırıb – VİDEO
13-05-2016, 23:15
Gəncədə milli konfrans keçirildi
7-07-2015, 19:41
Qarışqalardan canınızı qurtarın – TƏBİİ FORMUL
10-01-2019, 12:17
Azərbaycan səfirliyinə şübhəli bağlama göndərildi
12-03-2015, 17:25
Azərbaycanlı avtoritetin cinayətkar qrupunun 11 üzvü saxlanıldı
17-07-2018, 00:26
Dənizdə batan 2 nəfər xilas edildi
1-08-2021, 11:32
Quranda adı çəkilən quş. Faydalar