Mehriban Əliyeva Xırdalanda məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışında iştirak edib (FOTO)
Tarix: 10-05-2015 | Saat: 18:47
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər.
Bu binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. “Kristal Abşeron” MMC tərəfindən inşa olunan bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə, zəruri tələblər nəzərə alınmaqla aparılıb.
Xeberaz.az Xəbər verir ki, Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə yüksək diqqətlə yanaşır. Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə indiyədək bu istiqamətdə çoxlu sayda mühüm layihələr həyata keçirilib.
Azərbaycanın birinci xanımı və qızları Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılan şəraitlə tanış oldular.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yeni mənzillə təmin olunmaları münasibətilə ailənin üzvlərini təbrik etdi.
Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edən məcburi köçkün Niyazi Ələkbərov yeni mənzillə təmin olunduqları günün ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə eyni vaxta təsadüf etməsini onların həyatında əlamətdar hadisə adlandırdı.
Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Xəbəri paylaş
3 2918 dəfə oxunub.
Digər xəbərlər

26-07-2016, 18:00
Zavodda partlayış nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-1
26-03-2017, 11:19
Barmağındakı üzüyü kəsib çıxardılar – BAKIDA
16-10-2016, 19:19
Bakıda ağır qəza: maşın dirəyə çırpıldı
18-06-2015, 12:25
Toyda bəy gəlini qonaqların gözü qarşısında rüsvay etdi (VİDEO)
9-05-2016, 12:00
Sovet xalqı başqalarına azadlıq gətirdi - Putin
28-06-2016, 17:52
Əsəd cəbhə bölgəsində – Video
7-05-2017, 15:06
Qırışdan xilas olmaq üçün 7 əsas qayda
6-02-2019, 14:05
Qadınlar niyə kişilərdən daha çox yaşayır?
5-01-2023, 14:49
Ağzının böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
19-10-2015, 00:58
Tovuz sakini minaya düşdü