Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov: “Qarabağla bağlı çox faydalı dialoq ərəfəsindəyik” (YENİLƏNİB-4)
Tarix: 12-07-2016 | Saat: 13:44
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Elmar Məmmədyarov: “Qarabağla bağlı çox faydalı dialoq ərəfəsindəyik” (YENİLƏNİB-4)

11:48
“Rusiyalı həmkarım Sergey Lavrov Bakıya səfərindən sonra Azərbaycan və Ermənistana səfərlərinin nəticələrini prezident Vladimir Putinə çatdıracaq”.

"Xəbəraz.az " xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazi Elmar Məmmədyarov Bakıda işgüzar səfərdə olan rusiyalı həmkarı Sergey Lavovla keçirilən birgə mətbuat konfransında bildirib.

E.Məmmədyarov deyib ki, bundan sonra isə konkret qərar qəbul ediləcək:
“Həmin qərardan sonra növbəti addımların nə olacağı bilinəcək. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüş Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq, əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz. Prezidentin də qeyd etdiyi kimi, indiyə qədər danışıqlar bu qədər sürətli və intensiv olmayıb. Hazırda danışıqlar konkret məsələlər ətrafında, substantiv şəkildə gedir. Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik”.

Nazir xatırladıb ki, prezidentlərin Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə də telefon danışığı aparıb.

***

11:00
“Bakıda keçirdiyim görüşlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli getməyə müsbət zəmin yaradacaq”.

"Xəbəraz.az "xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmdəyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Rusiyalı nazir ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə çox geniş səmimi və faydalı müzakirələr apardığını söyləyib. S.Lavrov deyib ki, Bakıda aparılan bu danışıqlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da irəli getməyə zəmin yaradacaq: “Bilirsiniz ki, Sankt-Peterburqda keçirilən prezidentlərin görüşündə münaqişə ilə bağlı müəyyən irəliləyişlərə nail olunub. Hazırda Rusiya münaqişənin həllində müsbət irəliləyişlərin əldə olunmsası üçün Ermənistan və Azərbaycanla müzakirələr aparır. Mən fürsətdən istifadə edib, Azərbaycan tərəfinə də səmimi və işgüzar qarşılanmağıma görə təşəkkür edirəm”.

Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığın mövcud olduğunu vurğulayan S.Lavrov qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq davam edir: “Azərbaycan və Rusiya arasında humanitar və beynəlxalq əməkdaşlıq yüksək səviyyədədir. Eyni zamanda Rusiyanın və Azərbaycanın bir neçə universiteti qarşılıqlı olaraq ölkələrimizdə fəaliyyət göstərir. Bu bizi çox sevindirir”.

***

11:00
Bakıda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında keçirilən ikitərəfli görüş başa çatıb.

"Xəbəraz.az "xəbər verir ki, görüşdən sonra Azərbaycan və Rusiyanın xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun ötən gündən etibarən Azərbaycanda işgüzar səfərdə olduğunu xatırladıb: “Cənab Lavrov ötən gün Azərbaycan Prezidenti və mənimlə görüşərək, geniş müzakirələr aparıb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən irəliləyişlər olması barədə müzakirələr aparmışıq. Bilirsiniz ki, bu yaxınlada Sergey Lavrov İrəvanda da səfərdə olub. Onun bizimlə bölüşdüyü fikirlərə əsasən, Qarabağla bağlı çox faydalı dialoq ərəfəsindəyik. Rusiyanın bu münaqişənin həllində göstərdiyi səyləri yüksək qiymətləndiririk”.

E.Məmmədyarov qeyd edib ki, Rusiya tərəfi Sankt-Petebuqda keçirilən görüşlə bağlı ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə də danışıqlar aparıb: “Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşdırılmayan bir neçə məqam üzərində müzakirələr aparılır”.

Nazir əlavə edib ki, Azərbaycan və Rusiya strateji əlaqələrə malikdir.

***

10:30
Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş başlayıb.

"Xəbəraz.az "xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin binasında keçirilən media üçün qapalı görüşdə ikitərəfli əməkdaşlıq, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə hazırlıq, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı müzakirələr aparıldığı deyilir.

Qeyd edək ki, görüşdən sonra Azərbaycan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı ilə çıxış edəcəyi nəzərdə tutulur.


Xəbəri paylaş

5208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___