Prezidentdən aztəminatlı ailələrə XOŞ XƏBƏR: Tikinti başlayır
Tarix: 12-07-2016 | Saat: 00:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Aztəminatlı ailələr üçün ucuz mənzillərin inşası prosesi artıq başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi – MİDA yaradıldı. İndi təşkilati məsələlər öz həllini tapmaqdadır. Torpaq sahələri ayrılır və tezliklə MİDA öz işinə başlamalıdır, mənzillər tikilməlidir. Bu mənzillər uzunmüddətli güzəştli şərtlərlə aztəminatlı vətəndaşlara veriləcək.
"Xəbəraz.az " xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.
Azərbaycan Prezidenti vurğulayıb ki, bu, çox ciddi sosial təşəbbüsdür və geniş vüsət almalıdır. Hər bir bölgədə, hər bir rayonda buna ehtiyac var. Eyni zamanda, bu təşəbbüs, bu layihə inşaat sektoruna da çox ciddi təsir göstərəcək.
Dövlətimizin başçısı bununla əlaqədar geniş tikinti layihələrinin gözlənildiyini, bunun çox müsbət təsiri olacağını, məşğulluğun artacağını və inşaat materialları sektorunun da canlanacağını diqqətə çatdırıb. Prezident Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin bu il başlayacağını və davam edəcəyini diqqətə çatdırıb.
Xəbəri paylaş
7458 dəfə oxunub.
Digər xəbərlər

10-06-2018, 11:39
Ermənilər Qazaxın kəndlərini atəşə tutub
8-08-2022, 12:32
Ölümdən başqa hər şeyə çarə olan Hil çayı
13-10-2019, 13:33
AzTV-nin aparıcısının maşınını əzdilər - Fotolar
22-05-2016, 12:40
Cüdoçularımız 7 medal qazandı
30-06-2019, 07:00
Salyanda müəmmalı intihar
14-12-2021, 11:27
Yanvarın 15-dən Qarabağa müntəzəm avtobus reysləri açılacaq - MÜJDƏ
18-07-2015, 11:27
Bayram namazını qana buladılar... - FOTOLAR