Lavrov Qarabağın qaytarılması ilə bağlı bu gün Bakıya gəlir
Tarix: 11-07-2016 | Saat: 10:55
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər
İlham Əliyev Rusiya XİN rəhbərinin səfərindən bir gün əvvəl Qarabağ münaqişəsinin yeganə həlli yolunu bəyan etdi
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün Bakıya səfəri başlayır.
ANS-in məlumatına görə, səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.
Lavrovun Bakıya daha əvvəl səfəri gözlənilirdi. İyulun 4-də Ermənistanda səfərdə olan Lavrov burada erməni həmkarı Edvard Nalbəndyan və prezident Serj Sərkisyanla Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr apardı.
İrəvandan sonra Lavrov Azərbaycana gəlməli idi. Bu barədə açıqlamalar da verilmişdi. Lakin Rusiya xarici siyasətinin rəhbəri anidən Bakıya yox, Moskvaya getdi. Müəmmalı qərar mətbuatda müzakirələrə səbəb oldu.
Lavrovum səfərindən bir gün əvvəl isə iyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bəyan etdi ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
"Son 3-4 ay ərzində tarixdə danışıqlarda görünməmiş fəallıq hiss edilib. Ermənistan danışıqların keçirilməsi üçün şərt irəli sürmüşdü. Bununla onlar özlərini gülünc vəziyyətə qoymuşdular. Danışıqlar Azərbaycanla bərabər Ermənistana da lazımdır. Aprel hadisələri göstərdi ki, Ermənistan təxribatçı əməllərini davam etdirərsə, vəziyyət dəyişə bilər. Həmsədrlər Ermənistana təzyiq göstərməlidir. Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həlli variantıdır. Buna nail olmaq üçün həmsədr ölkələr və ATƏT Ermənistana təzyiq göstərməlidir", - Prezident vurğuladı.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli açıqlamasında bildirmişdi ki, Lavrovun İrəvandan Bakıya gəlməməsinin səbəblərindən biri onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi ilə razılığa gələ bilməməsidir.
"Ermənistan rəhbərliyi özlərinin istədiyi müddəaları qəbul etdirməyə çalışırlar. Əvvəl Dağlıq Qarabağı Ermənistana bağlayan Laçın dəhlizi var idi. Amma hazırda Ermənistandan Ağdərə rayonuna yeni bir yol çəkiblər. Həmin yolların ətrafında isə 15 km-lik bufer xəttinin yaradılmasını istəyirlər. Azərbaycan tərəfi isə daha az məsafənin veriləcəyini deyir. Burada isə mübahisəli məqamlar yaranır. Birmənalı olaraq İrəvan Laçın və Kəlbəcərin geri qaytarılmasında maraqlı deyil", - politoloq vurğulayıb.
Qabil Hüseynli Azərbaycan tərəfinin bu rayonları güzəşdə getmək istəmədiyini deyib.
"Rəsmi İrəvan Dağlıq Qarabağın keçici statusu ilə bağlı da reallaşmayacaq fikirlər səsləndirir. Çox ehtimal ki, Lavrov Ermənistan rəhbərliyi ilə bu məsələlərdə razılığa gələ bilmədiyi üçün Bakı səfərini reallaşdırmadı”, - politoloq bildirib.
Qabil Hüseynli deyib ki, Lavrov Moskvada Vladimir Putinlə məsləhətləşmələr apardıqdan sonra da Bakıya gələ bilər.
Yeri gəlmişkən, gələn ay Rusiya Prezidenti Vladimir Putinin də Azərbaycana səfəri gözlənilir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, prezident Bakıya əliboş gəlməyəcək.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

17-11-2015, 11:37
"Aztelekom"un baş direktoru həbs edildi - YENİLƏNİB
30-08-2017, 12:50
İtən uşaq ailəsinə belə qovuşdu - VİDEO
22-07-2015, 12:05
Xala ilə bacıqızını maşın vurub
3-05-2016, 18:35
İrəvanın bu addımı təhqirdir - XİN
8-05-2015, 15:47
Azərbaycanlı idmançılarla ermənilər arasında dava- Video
31-03-2018, 12:29
Məmur oğlu Bakıda ağır qəza törətdi - VİDEO
24-09-2017, 10:10
3 uşaq anası olan Beyons yenə heyran etdi - fotolar
22-08-2018, 12:32
Bu MEYVƏLƏRİN ÇƏYİRDƏKLƏRİ meyvələrin özündən də faydalıdır!
21-09-2018, 09:06
"Bütün bunlar Qarabağda müharibənin başlanacağına işarədir"
19-10-2016, 12:08
Bakıda faciə: evin damından yıxılıb öldü