Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Obama İlham Əliyevə məktub göndərdi
Tarix: 08-07-2016 | Saat: 18:51
Bölmə:M / Siyasət / Gündəm | çapa göndər

Obama İlham Əliyevə məktub göndərdi

ABŞ Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə qeyd edilir: Hörmətli cənab Prezident.

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel və mən Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzularımızı yetiririk.

Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən güclü və fəal Amerika müsəlman icması sədaqət, mərhəmət və xeyirxahlıq üçün birləşirlər. Bu, elə bir zamandır ki, məscidlər, mədəniyyət mərkəzləri, şəhər meriyaları və dinlərarası icmalar öz qapılarını qonşularına, yaxınlarına və yoxsullara iftar süfrəsi, ümumi dəyərlər və qarşılıqlı ləyaqət üzrə dialoq üçün açırlar. Sözün qısası, Ramazan öz ümumi insanlığımız, ibadət və sülh barədə fikirləşmək üçün mühüm bir imkandır.

Qoy, qarşıdan gələn il Sizə sevinc və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___