Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müdafiə naziri yenidən cəbhəyə yollandı
Tarix: 06-07-2016 | Saat: 17:27
Bölmə:M / Siyasət / Gündəm | çapa göndər

 Müdafiə naziri yenidən cəbhəyə yollandı

Zakir Həsənov müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verdi.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, döyüş hazırlığı, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti ilə maraqlanıblar.

Müdafiə naziri əməliyyat şəraiti ilə də tanış olub.
Ramazan bayramı münasibətilə şəxsi heyəti təbrik edən nazir onların bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borclarını şərəf və vicdanla yerinə yetirəcəklərinə, döyüş hazırlığı səviyyəsinin daha da artırılmasında səylə çalışacaqlarına əminliyini ifadə edərək, hərbi qulluqçulara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətdə uğurlar arzulayıb.

Nazir, eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Sonda əsgərlərlə nahar edilib, ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparılıb.


Xəbəri paylaş

5718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___