Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhidin cənazəsi ailəsinə verildi
Tarix: 06-07-2016 | Saat: 17:20
Bölmə:M / Hadisə | çapa göndər

Şəhidin cənazəsi ailəsinə verildi

Vüsal Əliyevin tabutunun büküldüyü Azərbaycan bayrağı ailəsinə təhvil verilib.
Ötən gün şəhd olan əsgər dəfn edildi. Vüsal Əmir oğlu Əliyev bir neçə dəqiqə əvvəl Lerik rayonunun doğulub boya-başa çatdığı Noda kəndində torpağa tapşırılıb.

ANS PRESS-in məlumatına görə, dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı, rəsmi şəxslər, şəhidin qulluq etdiyi hərbi hissənin zabitləri, mərhumun əsgər yoldaşları və kənd sakinləri iştirak ediblər.

Şəhidin ruhuna dualar oxunub. Şəhid Vüsal Əliyev yaylım atəşi sədaları altında torpağa tapşırılıb. Onun tabutunun büküldüyü Azərbaycan bayrağı ailə üzvlərinə təhvil verilib.
Ötən gün Ermənistan ordusunun dövlət sərhədimizdə təxribatı nəticəsində şəhid olan əsgəri Vüsal Əliyevin meyiti bu gün səhər 08 radələrində ailəsinə təhvil verilib. ANS PRESS-in məlumatına görə, şəhidlə vida mərasimi bu gün günorta saatlarında doğulub boya-başa çatdığı Lerik rayonunun Loda kəndində baş tutacaq. Vida mərasimindən sonra şəhid əsgər Əliyev Vüsal Əmir oğlu elə həmin kənddə torpağa tapşırılacaq.

Əliyevlər ailəsinin iki övladı var. Vüsal sonbeşik olub. 1996-cı ildə anadan olan Vüsal Əliyev Rabitə Kollecini bitirdikdən sonra, bu ilin yanvar ayında Qazax rayonuna hərbi xidmətə yollanmışdı. Ötən gün isə N saylı hərbi hissədə qarşı tərəfin snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması barədə Müdafiə Nazirliyi ötən gün məlumat yayıb. Nazirlikdən bildiriblər ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Allah rəhmət eləsin!


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___