Ermənilər gülünc vəziyyətdə qaldılar - ATƏT PA-da
Tarix: 04-07-2016 | Saat: 20:43
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Bu gün ATƏT PA-nın 25-ci illik sessiyası çərçivəsində keçirilən plenar iclasda ATƏT regionunda həlli uzadılmış münaqişələrin həlli yolları, terrorizmə qarşı mübarizə, qadın və uşaqların problemləri və s. məsələlər müzakirə olunub.
Azərbaycan parlament nümayəndə heyətinin üzvləri iclasda çıxış edib, müzakirə olunan məsələlərə münasibət bildirib, rəy və təkliflər səsləndiriblər.
Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov jurnalistlərə müsahibəsində müzakirə olunan məsələlərin aktuallığı ilə seçildiyini deyib: “Biz çalışırdıq ki, bütün hallarda Azərbaycanın mövqeyi yüksək səviyyədə müdafiə olunsun, problemlərimizin həlli ilə bağlı müvafiq sənədlərin qəbuluna nail olaq. Müəyyən mənada buna nail ola bildik”.
Ümumiyyətlə, iclasda ATƏT regionunda həll edilməmiş münaqişələr diqqət mərkəzində olub. Azərbaycanın və Gürcüstanın ərazilərinin işğaldan azad olunması ilə bağlı konkret təkliflər səsləndirilib. İclasda, eyni zamanda, dünyada və regionda içməli su hövzələrində, seysmik aktiv zonalarda yerləşən, xüsusən də köhnəlmiş, istismar müddətini başa vurmuş atom elektrik stansiyalarının bağlanması ilə bağlı məsələlər ciddi müzakirə mövzusu olub. Azərbaycan nümayəndə heyətinin təklifi ilə həmin stansiyaların bağlanmasını özündə ehtiva edən bəndlər sessiyanın yekun sənədinə əlavə olunub.
E.Həsənov deyib ki, komitə iclaslarında və plenar sessiyada Ermənistan tərəfinin Azərbaycan əleyhinə səsləndirdiyi iftiralara da tutarlı cavab verilib: “Ermənistan nümayəndə heyəti bir neçə dəfə Azərbaycanın əleyhinə fikirlər səsləndirdi. Lakin biz Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etdiyini, məhz Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığını, aprel hadisələrinin Azərbaycanın işğal olunmuş ərazilərində baş verdiyini diqqətə çatdırdıq və bu dəfə də ermənilər gülünc vəziyyətdə qalaraq susmağa məcbur oldular”.
Sessiya öz işini iyulun 5-də başa vuracaq. Son iclasda yekun qətnamə qəbul olunacaq, təşkilati məsələyə baxılacaq, Assambleyanın prezidenti və vitse-prezidenti seçiləcək.
İclasda TÜRKPA-nın baş katibi və nümayəndə heyəti də iştirak edib.
Xəbəri paylaş
5678 dəfə oxunub.
Digər xəbərlər

25-02-2019, 18:21
İlhamə Quliyevanın anım günüdür
1-12-2015, 07:46
Moskvada Rusiya-Türkiyə elmi mərkəzi bağlandı
27-04-2016, 10:31
Bakıda yol polisi qəza törətdi: yaralılar var
24-02-2022, 16:20
Rus ordusu Kiyevə girdi – Təcili
15-10-2015, 13:57
Erməni girovluğundakı Dilqəm Əsgərovun qardaşı həbs edildi
25-08-2015, 14:51
Səyyar “ASAN xidmət” daha 3 rayonda
4-08-2023, 11:23
''Alt dodağından kəsib cinsiyyət orqanına qoydu''-Azərbaycanda səkkiz yaşlı uşaq həkim səhvinin qurbanı oldu
18-05-2017, 19:12
Modeli ölümlə hədələdilər: "Bir gecəlik məşuqəm olmasan, səni də, qızını da..." - FOTO