Gülər Əhmədova ölkəni tərk etmək istəyir
Tarix: 02-07-2016 | Saat: 18:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Keçmiş deputat Gülər Əhmədova xaricə getməsinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə vəsatətin təmin edilməməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iyulun 8-nə təyin edilib.
G.Əhmədova əməliyyat olunmaq adı ilə xaricə getmək istəyir. Bu ilin aprelin 28-də Yasamal Rayon Məhkəməsi onun istəyini gerçəkləşdirməyib. Qərardan narazı qalan G.Əhmədovanın müdafiəçisi apellyasiya şikayəti verib.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib.
Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Həmin videolarda E.Abdullayevdən deputat seçilməsindən ötrü 500 min dollar rüşvət alınması və bunun prezident aparatına çatdırılması haqqında söhbət gedirdi. Videolar E.Abdullayevin iş yerində gizlin çəkilmişdi. Söhbətin onunla G.Əhmədova arasında getdiyi iddia olunurdu. G.Əhmədova mətbuatda videoların montaj olduğunu açıqlamışdı.
Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub.
2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.
Xəbəri paylaş
6788 dəfə oxunub.
Digər xəbərlər

1-05-2023, 11:03
Zarina azərbaycanlı qızları ƏLƏ SALDI: Nazik burun, dartılma qaş, qoyma kiprik, at dişlər... - FOTO
26-12-2017, 12:57
3 uşaq atası 23 yaşlı qızı günlərlə tövlədə saxladı, dəfələrlə əlaqədə oldu..- Yardımlıda ŞOK OLAY
24-04-2022, 00:55
SON DƏQİQƏ- AKŞİN FATEH SAXLANILARAQ POLİS İDARƏSİNƏ APARILDI
19-10-2021, 14:43
"450 manat borca görə günə 10 kişi ilə cinsi əlaqədə olurduq" - Türkiyəyə işləməyə gedən qadın
22-03-2022, 12:04
"Hər gün üçün “Leyla Medical Center”xəstəxanasında bizdən 2400 manat pul istəyirlər" - Şəhid Anası kömək istəyir
16-02-2020, 01:13
İlham Əliyev Paşinyanın yalanını belə ifşa etdi - VİDEO
15-06-2017, 10:30
"Maşın" şouda gözlənilməz anlar - Səidə və Pərvin barışdı (VİDEO)
14-02-2017, 17:19
Övladını məktəbə aparan qadını maşın vurdu: sürücü qaçdı
26-08-2016, 15:33
“Anam kasıbçılıqdan hər ayağıma...” - Röya