Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Ülkər İsayeva vəzifə verildi gənclərlə yaxından işləyir.
Tarix: 08-05-2015 | Saat: 16:51
Bölmə:M, K, Gündəm, M2, Ekskluziv | çapa göndər

Ülkər İsayeva vəzifə verildi gənclərlə yaxından işləyir.
Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva “Bakı-2015” Avropa Oyunları ilə bağlı tələbələrə və gənclərə koordinatorluq edəcək.

Xeberaz.az xəbər verir ki, bu barədə publika.az-a açıqlamasında Ülkər İsayevanın atası Hamlet İsaxanlı məlumat verib.

Onun sözlərinə görə, hazırda Ülkər İsayeva gənclər üçün bir çox treninqlər təşkil edir. H.İsaxanlı deyib ki, qızı Ülkər İsayeva gənclərlə yaxından işləyir, tələbələri hazırlaşdırır:

“Qızım psixoloji və xarici dillərlə bağlı tələbələrə treninqlər keçir, bu işə koordinatorluq edir. Biz tələbələri “Bakı-2015” Avropa Oyunlarına könüllü kimi göndərməmişdən öncə burada məşq etdiririk. Bizim yüzlərlə tələbəmiz bu işdə yaxından iştirak edir. Tələbələrimiz daha çox könüllülər olaraq tərcüməçi, bələdçi və köməkçi kimi çalışırlar. Hətta bəzi tələbələrimiz idmana yaxın sahələrdə çox fəal iştirak edirlər.

Universitetimiz ingilis dilində tədris verdiyi üçün Avropa Oyunları ilə əlaqədar Hazırlıq Komitəsinə biz də daxil edilmişik. Bəzən həftədə 3-4 dəfə tələbələrimizlə bağlı Avropa Oyunlarına Hazırlıq Komitəsindən məktub alıram. Onlar bizdən xahiş edirlər ki, daha çox tələbə göndərək. Yəni, biz Xəzər Universiteti olaraq Avropa Oyunlarına hazırlıq işində çox fəal iştirak edirik”.

Rektor həmçinin qeyd edib ki, “Bakı-2015” Avropa Oyunları Azərbaycanda keçirilən ilk beynəlxalq tədbir deyil:

“İndiyədək Azərbaycan bütün sahələrdə bir çox beynəlxalq və nüfuzlu tədbirlərə ev sahibliyini uğurla edib. “Bakı-2015” Avropa Oyunları isə indiyədək keçirilən tədbirlərdən ən böyüyü hesab olunur. Bu baxımdan da digər tədbirlərdən fərqlənir. Düşünürəm ki, “Bakı-2015” Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanı dünya miqyasında tanıdan çox böyük hadisədir. Çünki Avropa dünyanın ən məşhur və qədim svilizasiyası olan yerlərindən biridir. Avropa Oyunları isə dünyada ilk dəfə olaraq Azərbaycanda keçiriləcək.

Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də uğurdur. Ona görə də gərək hər bir azərbaycanlı bu işdə öz töhfəsini əsirgəməsin. Çünki Azərbaycana minlərlə xarici turist gələcək, Azərbaycanı yaxından tanıyacaq, burada keçirilən Avropa Oyunlarını izləyəcək. Bütün bunlar üçün hazırlıq işlərinin vaxtında görülməsi çox mürəkkəb prosesdir. Ona görə də hər bir azərbaycanlı ümumi vətənpərvərlik mövqeyindən çıxış edərək çalışmalıdır ki, Avropa Oyunları müsbət mənada yaddaqalan hadisə olsun. Düşünürəm ki, Azərbaycan “Bakı-2015” Avropa Oyunlarının da öhdəsindən çox uğurla gələcək”.



3878 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
22-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___