Səidə Sultanın prodüseri öldürüldü - FOTO
Tarix: 08-05-2015 | Saat: 15:58
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Şou-Biznes | çapa göndər
“Sonra mənə zəng vurub dedi ki, yenə işləmək istəyirəm”.
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Xeberaz.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi (PB) və rayon prokurorluğuna məlumat verilib. 26-cı PB-si əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü “isti izlərlə” açmaq mümkün olub.
Belə ki, cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Hadisənin təfərrüatları istintaq araşdırmalarından sonra məlum olacaq.
Qeyd edək ki, qətlə yetirilən H.Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.
Müğənni Səidə Sultan Hamlet Cahangirovun 2014-cü ilin iyun ayından bu ilin mart ayına qədər onun prodüseri işlədiyini bildirib:
“İki ay əvvəl özü prodüserlikdən çıxdı. Sonra mənə zəng vurub dedi ki, yenə işləmək istəyirəm. Mən də dedim artıq başqa adamla işləyirəm. Lakin bugünlərdə konsertlə bağlı görüşəcəkdim, belə hadisə baş verdi...”
Xəbəri paylaş
1 2308 dəfə oxunub.
Digər xəbərlər

28-01-2019, 14:01
“Qarabağ”ın təsisçisi vəfat etdi
19-05-2022, 13:01
Sabah güclü külək əsəcək, yağış yağacaq - HAVA PROQNOZU
29-01-2017, 09:49
Türkiyəli nəğməkar şairə vizajist Samirəyə: "Gözəllik mələyi..." - FOTO
20-05-2017, 18:05
"Fənərbaxça"nın taleyi bu qadının doğacağı uşaqdan asılıdır - FOTO
12-06-2021, 18:17
Kafe-restoranların yeni FIRILDAĞI – “Xidmət haqqı” kimin cibinə gedir?
15-04-2021, 20:51
Ramazanın 3-cü gününün duası: İmsak və iftar vaxtı
3-05-2018, 09:36
AL: Finala kim çıxacaq?
3-05-2022, 12:43
Tələbələrə əxlaqsız təklif etdiyi deyilən universitet müəllimi DANIŞDI - " Mənə şər atmaq istəyirlər"
9-01-2017, 17:01
Putinlə Trampın görüşü necə hazırlanır? - Peskov