Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?
Tarix: 01-07-2016 | Saat: 14:38
Bölmə:M, Karusel, Gündəm, Qarabağdan xəbər var | çapa göndər

 Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?

“Murov qartalı”nın əfsanəvi əməliyyatı: şəhid polkovnik Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?
Ölçü:


Murad Mirzəyev, Elnur Əliyev, Samit İmanov, Raquf Orucov, Dilsuz Qarayev, Bəxtiyar Hüseynov, Nicat İsgəndərov, Sarvan Mehrəliyev...

Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarının hamısı qəhrəmandır. Onların bu il aprelin əvvəlində cəmi bir neçə gün davam edən döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir. Çünki onlar şəhid olsalar da, Birinci Qarabağ müharibəsində məğlub olmuş Azərbaycan Ordusunu qalib orduya çevirə bildilər. Elə öz adlarını da Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar.

... Hamı onlardan danışır, döyüş yollarından, şərəflə yaşadıqları həyatlarından filmlər çəkilir, oçerklər yazılır, barələrində mahnılar qoşulur. Hər birinin məzarı bütöv Azərbaycan xalqının müqəddəs ziyarətgahına, Vətən, torpaq, Qarabağ nisgili ilə yaşayan gənclərin isə and yerinə çevrilib. Aprel şəhidləri arasında bir kəşfiyyatçı polkovnik də var ki, onun haqqında daha çox danışılır: polkovnik-leytenant Raquf Orucov. O, sözün əsl mənasında qəhrəman idi! Raqub Orucovun düşmən arxasında uğurla həyata keçirdiyi bir neçə xüsusi əhəmiyyətli əməliyyatlar var ki, bunlar Azərbaycan Silahlı Qüvvələrinin tarixində nadir əməliyyatlardan sayılır. Raquf Orucov Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabitidir. Raquf Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan ilk hərbi hissə komandiridir. Raquf Orucov şəhid olduğu günədək bir çox təltiflərə, o cümləndən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə” və ı"İgidliyə görə" medallarına layiq görülüb. Şəhidlik zirvəsinə yüksəldikdən sonra isə...

Aprel döyüşlərində şəhid olmuş bu qəhrəman kəşfiyyatçı-zabitin məzarını təkcə qərənfillər deyil, həm də müxtəlif illərdə komandiri olmuş əsgərlərinin məktubları ilə al-əlvandır. Sumqayıtdakı Şəhidlər xiyabanında uyuyan polkovnik-leytenant Raquf Orucovun məzarının üstü həmişə məktublarla doludur. Bu məktubların əksəriyyəti keçmişdə şəhid polkovnikin əsgəri olmuş gənclər tərəfindən yazılıb. Düz 3 aydır mətbuatda, sosial şəbəkələrdə hər kəs şəhid komandirin şücaətindən, qəhrəmanlığından danışır. Cəmi 42 il ömür sürməsinə baxmayaraq, həyat və döyüş yolu o qədər zəngin, keşməkeşli və nüminəvi olub ki, Raquf Orucov haqqında danışılan xatirələr, dildən-dilə gəzən qəhrəmanlıq hekayətləri bitib-tükənmək bilmir.

Raquf Orucov 1990-cı ildə Ağdam rayonundan Sovet ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Cəmi 1 il Rusiyada xidmət edikdən sonra Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatları eşidib və dərhal Azərbaycana qayıtmaq barədə qərar qəbul edib. Azərbaycana qayıtdıqdan sonra könüllü olaraq Ağdam rayonundakı özünümüdafiə batalyonuna yazılaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə atılıb.

Sıravi döyüşçüdən peşəkar kəşfiyyatçıyadək

Raquf Orucovlar ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edirdi. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib. Qardaşı Zabil deyir ki, Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri məhz Raquf Oruçov olub: “Kəşfiyyat bölüyünün komandiri kimi bu işin əsas ağırlığı Raqubun üzərinə düşürdü. Onun ən yaddaqalan əməliyyatlarından biri 1998-ci ildə işğal altında olan Kəlbəcərdə olmuşdu. Raquf Kəlbəcər rayonunda kəşfiyyat əməliyyatı zamanı erməni əsgərlərinin andiçmə mərasimini müşahidə edib və həmin tədbirdən gizli videoçəkiliş aparmışdı. Məhz bu qəhrəmanlığına görə Raquf Orucov hələ o zaman ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilmişdi”.

Şəhid polkovnikin komandiri olmuş Rasim Fərşidov həmin məşhur əməliyyat barədə daha məlumatlıdır: “1998-ci il idi. Kəlbəcərin Yanşaq kəndi istiqamətində kəşfiyyat məlumatlarının toplanması, videoçəkiliş üçün kəşfiyyat qrupuna həmin əraziyə getmək barədə əmr verilmişdi. İki qrup müəyyənləşdirdik. Bir qrupda bölük komandiri kimi Raqufun, digərində isə tağım komandirinin dəstəsini seçdim. Özümü də bu iki qrupa zəruri yardım məqsədilə köməkçi dəstə kimi yazdım. Hazırlaşıb yola çıxdıq və axşama yaxın təmas xəttindəki ən son posta çatanda tağım komandiri qəflətən öskürməyə başladı. Planımız belə idi ki, səhərə yaxın təmas xəttini o tərəfə keçməliyik. Amma tağım komandirinin gecə səhərə qədər öskürməsi planımızı pozurdu. Raqufla məsləhətləşdik və qərara aldıq ki, əməliyyatı onun komandiri olduğu qrup təkbaşına həyata keçirəcək. Onun 6 nəfərdən ibarət kəşfiyyat dəstəsi videokamera ilə yola düşdü. Qrup üzvləri Ömər aşırımından Yanşağa qədər uzaq bir məsafə getməli idilər. Lazım olan məntəqəyə çatanda əlaqə saxlayıb apardıqları müşahidələr barədə məlumat verirdi. Bildirdi ki, erməni əsgərləri səhər düzülüşünə dayanıblar, onları çəkirəm. Bir qədər sonra, təxminən səhər saat 8 radələrində yenidən əlaqə saxladıq, dedi ki, düşmən məni görür, nə etməli olduğumu bilmirəm. Çünki bir tərəf açıqlıqdır, yerimi dəyişsəm təhlükə bir qədər də artacaq. Soruşdum ki, qərarın nədir? Dedi ki, qərar qəbul edirəm ki, geri qayıdaq. Dedim geri qayıdın, Allah eləməmiş, bir hadisə baş versə mənə xəbər elə ki, buradan sizə dəstək verə bilək. Səhər saat 10-da onunla belə bir qərar qəbul etdik. Axşam saat təxminən 7 radələri idi, məlum oldu ki, Raqufgil gəlib düşmənin arxasında aşağıda mövqe tutublar, amma yuxarıda ermənilərin postu yerləşdiyindən hərəkət edə bilmirdilər. Qrupun bütün heyəti erməni postundan aşağıda dərənin içində qaldı. Biz də endik dərəyə ki, onlara kömək edək, çünki yükləri vardı deyə yuxarı qalxmaq çətin idi. Bu ərazi elə bir yer idi ki, yalnız kəndirlər vasitəsilə dərənin dibindən yuxarı qalxmaq olardı. Bu cür çətinliklərə baxmayaraq, biz o əməliyyatı da uğurla başa vurduq. Raquf Orucov qayıdıb gələndə bütün briqda sevincindən özünə yer tapa bilmirdi. Axı, igid kəşfiyyatçılarımız salamat qayıtmış, lazım olan məlumatları da toplayıb gətirmişdilər”.

Sərt aşırımlı dağlar arasından Kəlbəcərə doğru...

Ehtiyatda olan kapitan Rasim Fərşidov şəhid polkovnikin dillərdə dastan olan daha bir qəhrəmanlıq nümunəsi barədə danışır. Onun sözlərinə görə, 1995-ci ildə Ermənistan ordusunun Murovdağ istiqamətində əsir götürdüyü 7 Azərbaycan əsgərinin azad edilməsi üzrə əməliyyatın uğurla başa çatmasının da əsas səbəbkarı məhz igid polkovnik-leytenant Raquf Orucov idi: “Bu hadisə 1995-ci ilin oktyabrında olmuşdu. O vaxt Raquf kiçik leytenant rütbəsində idi. Murov o qədər sərt yerdir ki, orada duman olanda iki-üç metrli məsafəni belə, görmək olmur. Ona görə də bizim 7 əsgərimiz yuxarı posta yemək və yanacaq aparan zaman dumanda azaraq gedib ermənilərin postuna girmişdi. Müdafiə Nazirliyindən göstəriş gəlmişdi ki, həmin əsgərlər təcili erməni əsirləri ilə dəyişdirilməlidir. Amma onları dəyişmək üçün Azərbaycanda erməni əsirləri yox idi. Bu səbəbdən ermənilərdən əsir götürmək üçün Raquf Orucovun başçılığı ilə qrup düşmənin nəzarətində olan ərazilərə kəşfiyyata göndərilmişdi. Budəfəki tapşırıq son dərəcə çətin və məsuliyyətli idi. Çünki ermənilərin nəzarətində olan ərazilərdə kəşfiyyat aparmaq və düşmənin canlı qüvvəsini ələ keçirib diri vəziyyətdə gətirmək xüsusilə riskli və əksər hallarda mümkün olmayan işdir. Çətinlik həm də onda idi ki, belə əməliyyatlarda iştirakçıların sayı adətən, ən azı 5-6 nəfərdən az olmur. Kəşfiyyat qrupu silah-sursatla yanaşı, özünə ərzaq ehtiyatı da götürməlidir. Bu da əlavə yük deməkdir. Bu yükü götürüb kəşfiyyat əməliyyatını həyata keçirmək, düşmənin dayaq məntəqəsindən tağım məntəqəsinə ərzaq, silah və ya yanacaq aparan əsgərlərinin bütün hərəkətlərini izləmək, onlara yaxınlaşmaq üçün zaman müəyyən etmək çox mürəkkəb iş idi...”

Nəhayət, “Murov qartalı” ləqəbi ilə tanınan Raquf Orucovun komandanlığı altında 6 nəfərlik kəşfiyyat qrupu müəyyən edilmiş marşrut üzrə hərəkət edərək Kəlbəcərdəki qızıl mədənlərinə yaxınlaşıb burada müşahidələr aparır. Bu zaman onlar mədəndə işləyən ermənilərin xüsusi təyinatlılar tərəfindən qorunduğunun, hətta xüsusi təlim görmüş itlərin də təhlükəsizlik tədbirlərinə cəlb edildiyinin şahidi olmuşdular (Kəşfiyyat qrupu Zod qızıl yatağında müşahidə apararkən burada gördüklərinin fotoşəkillərini də çəkmişdi – E.S.). Raquf Orucovun kəşfiyyat qrupu bir qədər də irəli getdikdən sonra aşağıdakı yamacda mülki geyimdə olan ermənilərin kənd təsərrüfatı işləri ilə məşğul olduqlarını müşahidə edir. Kəşfiyyatçılarımız bir qədər gözləyirlər, axşam qaranlıq düşənə yaxın ermənilərin əksəriyyəti ərazini tərk etsələr də, 3 nəfər mülki geyimli kişi hələ də işləyirdi. Bu zaman Raquf Orucov bir qədər də ermənilərə yaxınlaşaraq otla yüklənmiş “Zil” markalı avtomaşının arxasına keçərək əli ilə kabinədə tək oturmuş erməninin ağzını qapayır. Dərhal kəşfiyyat qrupunun üzvlərinə “İrəli!” işarəsini verir, hərbçilərimizin gözlənilməz gəlişindən qorxuya düşən digər iki mülki geyimli erməniyə isə “səsinizi çıxarsanız gülələyəcəyik” deyir. Vəziyyətin nə yerdə olduğunu anlayan ermənilər heç bir müqavimət göstərmədən təslim olurlar. Raquf Orucovun başçılıq etdiyi Azərbaycan kəşfiyyat qrupunun üzvləri dərhal 3 ermənini də özləri ilə götürərək geriyə - Azərbaycan Ordusunun nəzarətində olan əraziyə doğru qayıdırlar. Artıq kəşfiyyatçılarımız bu əməliyyatı uğurla həyata keçirdiklərinə əmin idilər. Hətta o dərəcədə əmin idilər ki, özləri ilə götürdükləri ermənilərin əl-qolunu bağlamağa belə ehtiyac duymurlar. Əksinə, əli-qolu açıq bu zavallı ermənilər daha rahat şəkildə yola davam edə bilirdilər...

Belə vəziyyətdə daşlı-kəsəkli dağlar aşıb dərələr keçməklə təxminən 150 kilometrlik yolu geri qayıtmaq son dərəcə yorğun və aç-susuz olan kəşfiyyat qrupunun üzvləri üçün nə qədər çətin olsa da, onlar böyük dözüm və rəşadət göstərərək bu işin öhdəsindən gələ bilirlər. Nəhayət, igid kəşfiyyatçılarımız özləri ilə gətirdikləri 3 erməni ilə birlikdə kəşfiyyat marşrutu üzrə nəzərdə tutulmuş məntəqəyə çatdıqdan sonra artıq təhlükənin sovuşduğunu nəzərə alaraq burada bir qədər dincəlmək qərarına gəlirlər. Komandir Orucov dağın zirvəsində post qurub kəşfiyyat qrupunun üzvlərindən 2 nəfəri xidmətə təhkim etdikdən sonra digər əsgərlərə dincəlmək üçün bir saat vaxt ayırır. Çünki artıq yerimək, irəli getmək mümkün deyildi, yorğunluq və aclıq kəşfiyyat qrupunun üzvlərini taqətdən salmışdı. Bu səbəbdən Raquf Orucov bir qədər dincəlmək üçün göstəriş verir. Amma məsuliyyət, nigarançılıq, nəm və daş-kəsəkli torpağın üzərində uzanmış komandirin az da olsa dincəlməyə, burada dayanmağa hövsələsi çatmır və "yola davam" deyərək dəstəsi ilə birgə irəliləyir...

Komandanlığın əmri əsasında verilmiş əməliyyat tapşırığını uğurlu yerinə yetirərək girov götürdükləri 3 ermənini də xidmət etdikləri briqadaya gətirən ilə Raquf Orucov və onun kəşfiyyatçı əsgərləri burada əsl qəhrəman kimi qarsılanır. Çünki bu, həqiqətən də Qarabağ müharibəsində uğurla həyata keçirilən ən nadir əməliyyatlardan biri hesab olunurdu. Məhz bu uğurlu əməliyyat nəticəsində düşmənə əsir düşmüş 7 Azərbaycan əsgəri tezliklə və çox asanlıqla azad edildi. Həmçinin Raquf Orucovun çox çətin və son dərəcə riskli olan bu əməliyyatın öhdəsindən uğurla gəlməsi Azərbaycan Silahlı Qüvvələrinə düşmənin gücü və mövqeləri barədə daha dəqiq, zəngin və xüsusi hərbi əhəmiyyətli məlumatlar qazandırmışdı.

"Bilsəydim ki, atam şəhid olacaq..."

Həyat yoldaşı Sevinc xanım bildirir ki, Raquf Orucov hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq istəyirmiş. Belə ki, orta məktəbi bitirən kimi Kamil və Feyruz adlı sinif yoldaşları (hazırda Kamil və Feyruz da polkovnik hərbi rütbəsi daşıyır – E.S.) ilə birlikdə sənədlərini hərbi məktəbə veriblər. Kamillə Feyruz hərbi məktəbə daxil olsalar da, Raquf Orucovun bu arzusu baş tutmamışdı. Ona görə də 1993-cü ildə hələ Ağdamın işğalından əvvəl Ali Hərbi Məktəbə daxil oldu. İki ildən sonra, 1995-ci ilin ortalarında kiçik leytenant rütbəsi ilə cəbhənin Ağdam istiqamətində xidmətə başlayıb: “Raquf hərbçi idi, həmişə cəbhənin ən qaynar nöqtələrində xidmət edib, kəşfiyyatçı kimi tez-tez düşmən arxasına keçirdi. Ona görə də biz həmişə onun ölümünə hazır olmuşuq. Nə qədər ağır olsa da, bu dərdi çəkəcəyik...”

Şəhid polkovnikin oğlu Aqşin Orucov atası ilə sonuncu görüşünün Novruz bayramına təsadüf etdiyini xatırlayır: "Bayram günü dostlarla həyətdə idim. Bilsəydim ki, atam şəhid olacaq, yanında bir dəqiqə belə ayrılmazdım. Atam həmin gün evə bir neçə saatlıq gəlmişdi. Mən evə gələndə o, artıq gedirdi. Atamla sonuncu dəfə qapıdan çıxanda görüşdüm. Bu, sonuncu görüşümüz oldu. Atamın sonuncu fotosu da əmim uşaqları ilə qapının önündə çəkilib. Ondan sonra çıxıb getdi...”

Bu, Raquf Orucovun son gedişi idi. Canını hər şeydən üstün tutduğu, çox sevdiyi Vətən yolunda şəhid verdi. Amma nə oğlu Aqşin, nə həyat yoldaşı Sevinc xanım, nə qardaşı, nə qohum-əqrabası, onun ölümünü faicə kimi qarşılamadı. Hətta qardaşı Zabil "mən bunu gözləyirdim, bilirdim ki, bu, nə vaxtsa olacaq" deyir. Polkovnik-leytenan Raqub Orucov öz ölümü ilə zabitlərin döyüş zamanı əsgərlərdən öndə olduğunu, hətta düşmən arxasına keçib müharibənin ağırlığını öz çiyinlərinə götürdüklərini bir daha sübut etdi. İndi heç kəs "özləri kazarmalarda oturub əsgərləri qırğına verirlər" deyə bilmir. Çünki aprel döyüşlərində şəhid olanların əksəriyyəti Raqub Orucov kimi yüksək rütbəli zabitlər, komandirlər idi...

Raquf Orucov da daxil olmaqla aprel döyüşlərində şəhid olmuş əsgər və zabitlərimizin hər biri qəhrəmandır! Düz 23 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan düşmənin təkcə beynəlxalq hüquq normaları və siyasətdə deyil, həm də hərbi nöqteyi-nəzərdən Azərbaycandan nə qədər zəif və gücsüz olduğunu məhz onlar sübut etdilər. İndü təkcə işğalçı Ermənistan yox, bütün dünya dövlətləri, o cümlədən Qarabağ savaşı üzərindən özünün çirkin siyasətini, niyyətini reallaşdırmaq istəyən qüvvələr də anladılar və şahidi oldular ki, Azərbaycan Ordusu heç də məğlub ordu deyil! Əksinə, hər an öz torpaqlarımızı yağı düşmən tapdağından təmizləmək qüdrətindədir.

Elxan Salahov
 Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?
 Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?
 Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?
 Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?
 Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?
 Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?
 Raquf Orucovun kəşfiyyat qrupu 7 Azərbaycan əsgərini əsirlikdən necə xilas etmişdi?



6008 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
24-04-2017
bütün xəbərlər
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
____ Instagram ___