Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan səfiri Mi-17 helikopterinin qəzası nəticəsində sağ qaldı
Tarix: 08-05-2015 | Saat: 15:11
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Azərbaycan səfiri  Mi-17 helikopterinin qəzası nəticəsində sağ qaldı
Norveç və Filippin səfirləri həlak oldu.

Norveç və Filippin səfirləri Pakistanda, xarici nümayəndə heyətini daşıyan Mi-17 helikopterinin qəzası nəticəsində həlak olublar, “Bangkok Post” nəşri Pakistan ordusuna istinadən xəbər verir.

Xeberaz.az RİA Novosti-yə istinadən xəbər verir ki, faciə bu gün - mayın 8-də baş verib.

İçərisində 11 xarici vətəndaş olan helikopter Pakistanda qəzaya uğrayıb, bu barədə ordu nümayəndələri bildiriblər.

“Dawn” qəzeti orduya istinadən yazır ki, Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşları da həlak olub. Ümumilikdə iki pilot daxil olmaqla altı nəfər həlak olub. Polşa və Niderland səfirləri xəsarət alıblar.

Xarici nümayəndə heyəti üç helikopterdə ölkənin şimlına Gilgit-Baltistan regionuna uçurdu. KİV-in məlumatına əsasən nümayəndə heyətinin tərkibində 37 ölkənin təmsilçiləri olub.

“Bu, 37 ölkənin diplomatik səfəri idi”, - Reyter agentliyi səfərin nümayəndələrindən birinin sözlərindən sitat gətirir.

Daha öncə Pakistan ordusunun nümayəndələri xariciləri daşıyan Mi-17 helikopterinin ölkənin şimali-şərqində məktəbin damına sərt eniş etdiyini və alışdığını bildiriblər.

“Daxil olan məlumata əsasən iki pilot və iki-üç xarici vətəndaş həlak olub. Sağ qalan 13 nəfər müxtəlif xəsarətlər alıblar”, - Frans Press agentliyi Pakistan ordusunun mətbuat katibinin sözlərindən sitat gətirir. Onun sözlərinə görə, qəzaya uğrayan helikopterdə jurnalistlər və diplomatlar heyəti olub.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün Twitter səhifəsində yazıb ki, qəzaya uğrayan helikopterə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş.

“Pakistanda helikopter qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə helikopterə minməyib”, - deyə H.Məmmədzadə qeyd edib.


Xəbəri paylaş

6118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___