Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Terrorda İŞİD izi görünmür“
Tarix: 29-06-2016 | Saat: 15:20
Bölmə:M / Karusel / Dünya | çapa göndər

“Terrorda İŞİD izi görünmür“

Ötən gün Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında baş verən terror hadisəsi ətrafında müzakirələr davam edir

Hadisəni İŞİD terror təşkilatının öz üzərinə götürdüyü ilə bağlı məlumat yayılsa da, hadisə yerindən tapılan silahların bu qruplaşmaya aid olmadığı iddia edilir. Bildirilir ki, "Kalaşnikov" avtomatından İŞİD deyil, PKK terror təşkilatı istifadə edir. PKK isə açıqlama yayaraq Atatürk hava limanında baş verən terrorla heç bir əlaqələrinin olmadığını bəyan edib. PKK terror təşkilatının hərbi qanadının nümayəndəsi bildirib ki, PKK heç vaxt terrorçu-kamikadzelərdən istifadə etmir. PKK-çı terror aktının İŞİD-in və digər radikal qruplaşmaların dəsti-xətti olduğu qeyd edib.
"Xəbəraz.az " bildirir ki, aznews.az-ın əməkdaşı məsələ ilə bağlı sabiq MTN üzvü Sülhəddin Əkbərin fikirlərini öyrənib. S. Əkbər hava limanında baş verən terrorda İŞİD izinin görünmədiyini vurğulayıb: "Ortada İŞİD-in adı hallanır. Amma bu terror hadisələrinin əlamətləri sözügedən təşkilatın əməliyyatına bənzəmir".

Sabiq MTN-çi hadisənin hansı ölkə tərəfindən törədilməsiylə bağlı konkret fikir söyləməyin tez olduğunu deyib: "Bu ərəfədə Türkiyə-Rusiya münasibətləri yaxşılaşmağa doğru gedir. İki ölkənin münasibətlərinin normallaşması prosesi yeni başlayır. Bu iki ölkənin münasibətlərinin bərpa olunmasını istəməyən təşkilat, qrup və qurumların sayı kifayət qədərdir. Ona görə də konkret fikir söyləmək çətindir. Lakin Rusiya-Türkiyə məsələsindən əvvəl Türkiyə-İsrail münasibətlərini diqqətdə saxlamaq lazımdır".


Xəbəri paylaş

5328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___